Hansı kitabı yükləmək olmursa, həmin kitaba şərh yazaraq bizə bildirin.

Sponsor linki

Qadın corabları. Cəlil Cavanşir (PDF yüklə)

Cəlil Cavanşirin "Qadın corabları" kitabını

PDF yüklə


Cəlil Cavanşir 1984-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində dünyaya gəlib.

2001-ci ildə M.F.Axundov adına Oğuz rayon, Xaçmaz kənd 1 saylı orta məktəbini bitirib. 2002-2003-cü illərdə hərbi xidmətdə olub. 2004-cü ildə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin alman dili ixtisasına qəbul olunub və 2008-ci ildə ali təhsilini başa vurub.

Tələbəlik illərindən jurnalistika fəaliyyətinə başlayıb, müxtəlif mətbu orqanlarda çalışıb. "Töhfə", "Türküstan", "Vətəndaş Həmrəyliyi" qəzetləri, "Alatoran", "Molla Nəsrəddin dünyası", "Yurddan səslər", "Pirsultan", "Doqquz iqlim", "Ənvər Paşa" dərgiləri ilə əməkdaşlıq edib. 

Kitabları:
  1. Daha məni xatırlama. Gəncə: Agah, 2004
  2. Öz ruhunun işığında. Bakı: EL, 2009
  3. Underground sevgilər. Bakı: Qanun, 2011
  4. İtirilmiş əlyazma. Bakı: Qanun, 2012
  5. Dinlər, təriqətlər, peyğəmbərlər. Bakı: Hədəf, 2013
  6. Qadın corabları. Bakı: Hədəf, 2014
  7. P.S: Darıxıram. Bakı: XAN, 2015
  8. Sola dönmək qadağandır. Bakı: XAN, 2017
  9. Miladdan sonra. Bakı: XAN, 2018
  10. Azğın. Bakı: XAN, 2019
  11. Eşq və intihar: Mücrü Nəşriyyatı, 2020


“Qadın corabları” müəllif hegemonluğunun sona qədər
davam etdiyi romandır. Müəllif real hadisələri ironik
şərhlərlə oxucuya çatdırır.
Cəmiyyətdəki xaos və nizamsızlıq, dəyərlər sisteminin
çöküşü müəllifin baxış bucağından təqdim olunur.
Müəllif oxucuya dərs keçmir.
Oxucu bu romandan istədiyi nəticəni çıxarmaqda sərbəstdir.

Müəllif mətndəki vulqar ifadələrə, erotik səhnələrə və
başdanxarab obrazlara görə məsuliyyət daşımır!

3 comments:

  1. Pdf yukle basiram elaqsiz saytlara gedib çıxır. Yükleme imkansızdı

    ReplyDelete
    Replies
    1. Yükləmə səhifəsindən əvvəl reklamları keçmək lazımdır. Ən sonda yükləmə səhifəsi açılır və rahat yüklənir.

      Delete
  2. Anonymous15/7/23 11:43

    PDF necə yüklənir

    ReplyDelete

Fikrinizi bildirin:

PDFyukle.com (c) 2015. Powered by Blogger.