Hansı kitabı yükləmək olmursa, həmin kitaba şərh yazaraq bizə bildirin.

Sponsor linki

Residivist. Rövşən Yerfi (PDF yüklə)

Rövşən Yerfinin "Residivist" kitabını 

PDF yüklə

Kitabda olan “Residivist” povestində residivist hesab edilən bir məhkumun faciəli həyatından bəhs edilir. Əsər penitensiar xidmət əməkdaşı tərəfindən qələmə alınmışdır.

Rövşən Yerfinin digər kitabları:

Qazamat "sanitar"ları. Rövşən Yerfi (PDF yüklə)
Şanssız. Rövşən Yerfi (PDF yüklə)
Müqəssir. Rövşən Yerfi (PDF yüklə)
Yerfi silsiləsi. Rövşən Yerfi (PDF yüklə)
Qadın düşərgəsi. Rövşən Yerfi (PDF yüklə)


Əsərdən bir hissə

RESİDİVİST

Naharın başlanmasına xeyli qalmış Ağarəhim birinci olmaq üçün hamıdan əvvəl yeməkxananın bağlı qapılarına kürəyini söykə-yərək, daş pilləkənin üstündə çöməlib oturmuşdu. Qoltuğundakı alüminium boşqab və qaşıq əynindəki paltarını qabartmış, skeletəbənzər bədənini gizlətmişdi. Vaxt var idi bu paltarı ona geydirəndə əyninə dar gəlirdi. Son vaxtlar bədəninin əti də, sümükləri də, hətta boyu da getdikcə kiçilirdi. Təkcə sinəsində qövr edən, içərisini qurd kimi gəmirən vərəmdən savayı.
Ağarəhim başa düşürdü kiçildiyini. Tək özü yox, islah-əmək düşərgəsində onu tanıyan bütün məhkumlar duyur və görürdülər. Ağrılısı o idi ki, bu adamların nəzərində yalnız cismən deyil, şəxsiyyətcə də kiçildiyini hiss edirdi.
- İndidən nə kəsdiribsən yeməkxananın ağzını, hələ xeyli var, - yeməkxanada işləyən Gülbala
yanından keçərkən ona tərəf çımxırdı.
Gülbalanın çımxırığı xətrinə dəysə də dinmədi. Gülbala əvvəllər belə deyildi, dəyişmişdi. Ötən baharda evdən yanına gəlmiş-dilər, rəisi görmüşdülər. Az keçmədi Gülbala yeməkxanada işə düzəldi.
Babatlaşdı. “Prima” papirosun atdı, filtrli siqaretə keçdi. Deyilənə görə, altdan-altdan mətbəxdən
məhkumlar üçün bişirilməli məh-sulları burjuylara - pullu dustaqlara satırdı, rəhbərliyi də razı salırdı.
Əvvəlki məhkumluq dövrlərində müəyyən vaxtlar olub Ağarəhim də təssərüfat işlərində işləyib, ancaq heç vaxt özündən çıxmayıb, dustaqlığını unutmayıb, öz hörmətini, “çəkisini” saxlayıb. Amma, indi elə bil çəkisini günü-gündən itirir, cılızlaşırdı. Bəzən ona elə gəlirdi ki, özü ilə yanaşı bütün ətraf, dünya da nəzərində cılızlaşıb gözdən düşürdü.
Son vaxtlar Ağarəhimdə tez-tez halsızlıq yaranırdı. Oturduğu yerdən heç qımıldanmağa da heyi qalmırdı. Əvvəllər fikir etməyi sevməzdi. Allahına şükr edib olandan yeyər-içər, yatar, gününü keçirdərdi. Xəstəliyi şiddətlənəndən fikir ondan əl çəkmirdi. Keçmiş-də qalan evi, uşaqları, doğmaları, yaxınları fırlanıb-hərlənib xatirin-dən ayrılmırdılar. Bəlkə də bu, hələ inidiyədək çox hiss etmədiyi tənhalığından idi. Barakda neçə vaxt idi uzun-uzadı öskürəyi ilə hamını bezikdirmişdi. Ən çox gecələr öskürək ona aman vermirdi. Ağzını balışa dayayıb birtəhər səsini boğurdu.

No comments:

Post a Comment

Fikrinizi bildirin:

PDFyukle.com (c) 2015. Powered by Blogger.