Hansı kitabı yükləmək olmursa, həmin kitaba şərh yazaraq bizə bildirin.

Sponsor linki

Qazamat "sanitar"ları. Rövşən Yerfi (PDF yüklə)

Qazamat "sanitar"ları
Rövşən Yerfinin "Qazamat "sanitar"ları" kitabını

Rövşən Yerfi – nasir, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Penitensiar Xidmətdə işləmiş ilk yazıçı.

Müqəssir. Rövşən Yerfi (PDF yüklə) - yeni kitab

Həyatı

Rövşən Yerfi 1965-ci ilin aprelin 20-də Quba rayonunun Yerfi kəndində anadan olmuşdur. 1972-1982-ci illərdə orta məktəbi oxumuş, 1982-ci ildən Bakı poçtamtında əmək fəaliyyətinə başlamışdır. 1983-1985-ci illərdə orduda qulluq etmişdir.

1986-1992-ci illərdə Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq-biblioqrafiya fakültəsində ali təhsil almışdır. 1991-1995-ci illərdə Səhiyyə Nazirliyinin orqanı olan "Şəfqət" qəzetində (indiki "Tibb qəzeti") ilk məsul katib işləmişdir. 1995-2012 -ci illərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin zabit əməkdaşı olmuşdur, istefada olan ədliyyə mayorudur.

Fəaliyyəti

1988-ci ildən Azərbaycan qəzetlərində məqalələri çap olunub. Mətbuatda ilk hekayəsi 1989-cu ildə dərc olunub. Həmin il "Debüt-89" respublika ədəbi yaradıcılıq müsabiqəsinin nəsr üzrə qalibi olub. 2004-cü ildə "Üzdəniraq ada" adlı ilk kitabı işıq üzü görüb. 2008-ci ildə "Qadın düşərgəsi" povesti "Kitab Klubu"nun həyata keçirdiyi "Sınaq nüsxəsi" layihəsində bəyənilərək çap edilmişdir. Yaradıcılığının mühim hissəsi — "Üzdəniraq ada" romanı, "Qadın düşərgəsi", "Residivist", "Qazamat sanitarları" povestləri, "Həbsxana bənövşəsi" pyesi və bir çox hekayələri cəzaçəkmə müəssisələrinin həyatından bəhs edir. Bundan əlavə əsərləri "Kaspi" qəzetində, "Azərbaycan", "Ulduz", "Yazı" "Mars", "Aran", "Eko-inter" jurnallarında, Dirili Qurbani məclisinin 6 almanaxında və digər müxtəlif 4 topluda çap olunmuşdur. Hekayə və povestləri bir çox saytlarda, o cümlədən Milli Kitabxana İnformasiya Mərkəzinin virtual kitabxanasında 6 elektron kitabı yayımlanır.

Kitab haqqında

Kitabda cəza yerlərinin müasir həqiqətləri təsvir edilir. “Qazamat “sanitar”ları”nda hadisələr əsasən həbsxanadakı ən yüksək və ən aşağı təbəqələrdən bəhs edir. Oxucu əhvalatlarla tanış olduqca bir-biri ilə sərt təzadları olan təbəqələr arasında həm də yaxınlıq tapacaq, fiziki və mənəvi üzdəniraqlığı şərtləndirən əlamətləri aydınlaşdıracaqdır. Oxucuların marağını nəzərə alıb kitaba “Residivist” povesti də əlavə olunmuşdur. Yazıçı Rövşən Yerfi bu kitabdan əlavə məhbəs nəsrinə aid olan “Üzdəniraq ada”, “Qadın düşərgəsi” və “Penitensiar lövhələr” adlı kitabların da müəllifidir.


2 comments:

  1. Salam bu kitabı yükləmək olmur

    ReplyDelete
    Replies
    1. Xəbər verdiyiniz üçün təşəkkür. Artıq yükləyə bilərsiniz.

      Delete

Fikrinizi bildirin:

PDFyukle.com (c) 2015. Powered by Blogger.