11 Aug 2018

F.M.Dostoyevski - "Cinayət və Cəza" əsərinin məzmunu


F.M.Dostoyevskinin "Cinayət və Cəza" əsərinin məzmunu

"Cinayət və Cəza", tanınmış rus yazıçı Dostoyevskinin dörd böyük romanından biridir. Bundan başqa əsər müəllifin həcmcə ən böyük ikinci əsəri olma xüsusiyyətini də özündə daşıyır. Əsər ilk dəfə 1866-cı ildə ədəbiyyat dərgisi olan "Vremya" dərgisində hissə-hissə əks olunmuş, daha sonra isə kitab şəklində çap olunmuşdur. Dostoyevski bu əsəri Sibirdə cəza çəkib geri qayıtdıqdan sonra qələmə almışdır.

Metafizik bir dünya görüşünə bağlı olan müəllif, bu əsərini qələmə alarakən insanın tanrı olmadığını və davranışlarında tam olaraq azad ola bilməyəcəyini, əxlaqi bir xarakterlə tanrı yolunda iləriləməsi gərəkdiyini və Xristian dininə etiqad göstərməsi lazım olduğunu demək istəmişdir.
Cinayət və Cəza: Əsərimizin baş obrazı Rodion Raskolnikovdur. Bu insanın düşüncəsində cinayət nəzəriyyəsi yaranır. Onun nəzəriyəsinə görə, bəşəriyyət iki hissəyə bölünmüşdür: qeyri-adilər və adilər. Raskolnikovun fikrinə görə, qeyri-adilər xoşbəxt gələcək naminə ona mane olan insanları öldürə bilər.

Raskolnikov və ailəsi (anası və bacısı) çox yoxsuldurlar. O, universitetdə təhsil xərclərini ödəyə bilmədiyinə görə universitetdən qovulur. Kirayə pulunu ödəyə bilmədiyi üçün isə ev sahibindən gizlənir.
Raskolnikov bir gün öyrənir ki, bacısı Avdotya Romanovna ailəyə yardım etmək üçün sevmədiyi varlı bir adama ərə getməyə qərar vermişdir. O, borc almaq bəhanəsi ilə yaşlı bir qarının evinə yollanır. Qızıl saatını girov qoyaraq evi diqqətlə nəzərdən keçirir. Geri qayıdan zaman pivəxanada Semyon Zaxaroviç Marmeladovla tanış olur. Marmeladovun həyat yoldaşı Katerina İvanovnanın birinci nikahdan 3 uşağı dünyaya gəlmişdir. Onun birinci əyyaş əri vəfat etmiş və Marmeladova ərə getmişdir. Marmeladovun isə birinci evliliyindən Sonya adlı bir qızı var. Sonya fahişəlik edərək pul qazanır. Bu pullar ailənin qarnına və atası üçün içkiyə xərclənir. Raskolnikov Marmeladovu evinə ötürəndə cibindəki pulu pəncərənin kənarına qoyur.

Raskolnikov evə çatan zaman anasından bir məktub alır. Anası ona pul göndərə bilmədiyi üçün öz təəssüfünü bildirir. Bundan başqa anası yazırdı  ki, qızı Dunya qulluqçu işlədiyi evdə böhtanla üzləşib. Evin sahibi Svidriqaylov onunla yaxınlığa can atdığı üçün arvadı Marfa Petrovna Dunyanı oğurluqda şərləyib. Dunya yalnız ailəni dolandırmaq üçün Lujinlə nişanlanmağa məcbur olur.

Raskolnikov küçədə sərxoş bir qıza rast gəlir. Onu evinə yola salaraq dostu Razumixinin yanına gedir və xəbər tutur ki, anası və bacısı Sankt-Peterburqa gəlirlər. Raskolnikov sarsıntı keçirir. Dəhşətli yuxular onu rahat buraxmır. Özünü öldürmək barədə də düşüncəyə qapılır. O, yoldan ötərkən araba birini vurur. Raskolnikov onun Marmeladov olduğunu başa düşür. Raskolnikov bacısına çox yalvarır ki, Lujinə ərə getməsin. Bu arada dostu Razumixin də Dunyaya vurulur. Svidriqaylovun arvadı Marfa da dünyasını dəyişir. Olsun ki əri döyərək onu öldürür. Raskolnikov öz ev sahibəsinin artıq dünyasını dəyişmiş dindar qızını xatırlayır. O həmin qızla evlənmək istəyirdi. Sonya gəlir, anasından dəfn mərasiminə dəvətnamə gətirir. Raskolnikov bütün cinayətləri siyasi quruluşla əlaqələndirən sosialistlərlə razılaşmır. Müstəntiq Porfiri Raskolnikova məqaləsini xatırladır. Məqalədə bütün insanlar iki qrupa bölünür: qeyri-adilər, məsələn Napaleon, Məhəmməd peyğəmbər. Əsərdə qeyd olunur ki, onlar yeni qanunlara qarşı çıxanları öldürürlər. Nyutonun da qarşısına çıxan olsaydı, öldürərdi. Adi adamlar isə say artırırlar. Məqsədin böyüklüyü qətlə bəraət qazandırır...

Raskolnikov deyir ki, kütlə ona görə yaşayır ki, onun arasından dahilər çıxsın. Porfiri soruşur ki, Raskolnikov özünü qeyri-adi sayırmı? Porfiri Raskolnikovdan şübhələnir. O, Napaleon kimi arxaya baxmadan gedir. Svidriqaylov elə biri ilə evlənmək istəyirdi ki, kasıb olsun və ər ona hakim ola bilsin. Digər tərəfdən o bu qadın vasitəsilə vəzifəyə çatmaq istəyirdi. Katerina xəstədir. Raskolnikov ona o biri qızı Poleçkanın da Sonya kimi küçəyə düşəcəyini deyir. Katerina "Tanrı qoymaz" söyləyir. Raskolnikov Tanrının olmadığını iddia edir. Sonya daim Tanrıya dua edir. Onun İncili var və bu incili qətlə yetirilmiş şahid Lizaveta bağışlayıb. Sonya Raskolnikova İncil (İsanın Lazarı həyata qaytarmasından) oxuyur. Raskolnikov müstəntiq Porfirinin yanına gedir. Birdən həbsə alınmış Mikolay otağa girib qarını öldürdüyünü etiraf edir. Marmeladovun dəfn mərasimində Lebezyatnikov Lujinlə emansipasiyadan – vətəndaş nikahından danışırlar. Lujun bir az sonra Sonyanı 100 manat oğurlamqda ittiham edir. Sonyanın anası onun çibini çevirəndə 100 manat düşür. Lebezyatnikov şahidlik edir ki, Lujin pulu Sonyanın cibinə qoyub. Lujin demək istəyir ki, Raskolnikovun sevdiyi qız oğrudur. Ev sahibəsi Katerinanı qovur. Raskolnikov Sonyaya etiraf edir ki, qarını o öldürüb. Sonya Lisavetadan qalmış xaçı Raskolnikova vermək istəyir. Katerina küçədə qalır. Biri ona 3 manat verir, qaradavoy onu saxlayır. Katerinanın ölümündən 3 gün ötüb. Onun uşqalarını Svidriqaylov himayəyə götürür. Romanda cinayətin sosial və psixoloji amilləri açıqlanır. Peterburq səfaləti təsvir edilir.

Əsər boyu Raskolnikovu bir sual narahat edir: o ləyaqətli insandırmı? Onun başqalarını mühakimə etmək haqqı varmı? Roskolnikova vicdanı əzab verir və o törətdiyi cinayəti etiraf edir. O özünü cinayətə görə yox, daxili zəifliyini qiymətləndirmədən cinayətə getdiyi üçün ittiham edir.

Raskolnikov katorqaya göndərilir və Sonya da onu müşayiət edir. Nəhayət, qəhrəman qeyri-adilik iddiasından imtina edir və Sonyaya sevgidə özünə arxa tapır.

mənbə: kitabyurdu.org

>>> Cinayət və cəza. F. M. Dostoyevski (PDF yüklə) <<<


No comments:

Haqqımızda

Pulsuz PDF formatında elektron kitab yükləmə saytı. E-kitabların heç biri satış üçün deyil, hər kəs yükləyib oxuya bilər. E-kitablar müxtəlif internet saytlarından (kitabxana.net, e-book.az, ebooks.az, 1001kitab.az) və şəxsi arxivlərdən yığılıb. Kitablar və müəlliflər haqqında məlumat üçün wikipedia və digər saytlardan istifadə olunmuşdur.


Siz də pdf formatında e-kitab göndərməklə elektron kitabxananı zənginləşdirə bilərsiniz. Bunun üçün pdf fayldan əlavə, saytdakı digər e-kitablar kimi üz qapağı və kitab haqqında ən azı 300 sözlük məlumat da lazımdır. Yeniliklər üçün Facebook səhifəmizi bəyənə bilərsiz.


Kitablar haqqında fikirlərinizi şərh yazmağı unutmayın :)



Şərhlər

Bizimlə əlaqə

Name

Email *

Message *