F. M. Dostoyevski "Cinayət və cəza"
yüklə.
Cinayət və cəza (rus. Преступленiе и наказанiе; Преступление
и наказание) - Fyodor Mixayloviç Dostoyevskinin romanı. O, birinci dəfə 1866 və
1867 illərində 12 ay ərzində aylıq "Rus Xəbərçi" (rus. Русский вестник) ədəbi
jurnalında hissələrlə nəşr olunurdu. Bu Dostoyevskinin Sibir sürgündən sonra
yazdığı ikinci romandır. "Cinayət və cəza" onun "yetkin" dövrün birinci
romanı sayılır.
İdiot. F. M. Dostoyevski (PDF yüklə)
İdiot. F. M. Dostoyevski (PDF yüklə)
Fyodor Mixayloviç Dostoyevskinin XIX əsrin 60-cı illərində
(1866) meydana gələn "Cinayət və cəza" romanı rus milli, mədəni,
ictimai tarixinin mürəkkəb dövrlərindən birini əks etdirir. Bu elə bir dövr idi
ki, Rusiya təhkimçilik hüququndan təzəcə azad olmuş və hələ özünün gələcək
inkişaf yollarını dəqiq müəyyənləşdirməmişdi. Rusiya hansı yolla gedəcəkdi? O,
Avropa kapitalist inkişaf yolunu seçəcək, yoxsa öz milli ənənələrinə əsaslanaraq
yeni, Avropa xalqlarından fərqli bir yolla gedəcəkdi?
Bu sualların dəqiq və
birmənalı cavabı yox idi və 60-cı illər rus ədəbiyyatı bu məsələ haqqında dərindən
düşünürdü. Dostoyevski Çernışevskidən fərqli olaraq Rusiyanın gələcək nicatını
inqilabda və ədalətli sosial quruluşda, yəni sosializmdə deyil, xalqın, millətin
rus pravoslav dininə tapınaraq mənəvi kamilləşmə yolunu seçməsində görürdü. O
dövr üçün Çernışevskinin fikirləri daha aktual, daha real görünürdü. Rusiya nəhayət
ki, müəyyən müddətdən sonar sosializm deyilən məqsədə nail oldu. Lakin geniş
tarixi kontekstdə Dostoyevski fikirləri həqiqətə daha yaxın idi, çünki onlar
rus milli ruhunun, milli xarakterinin, milli mədəniyyətinin əsaslarını və dərin
təmayüllərini daha dürüst ifadə edirdi. Bugünkü nöqteyi-nəzərindən diqqət
yetiriləndə Dostoyevskinin fikirlərinin özünü doğrulduğunu görürük. "Cinayət
və cəza" romanı Dostoyevskinin beş böyük romanından birincisidir.
Bundan
sonra yazıçı özünün məşhur "İdiot", "Şeytanlar",
"Yeniyetmə" və "Karamazov qardaşları" romanlarını
yazmışdır. "Cinayət və cəza" romanı Dostoyevski yaradıcılığında yeni
mərhələnin başlanğıcıdır. Məlumdur ki, dahi söz ustası öz yaradıcılığını 40-cı
illərdə "kiçik insan" haqqında yazmış olduğu əsərlərlə başlamışdı.
"Yoxsul insanlar", "Oxşar", "Cənab Proxarçin",
"Bəyaz gecələr" və nəhayət, 60-cı illərin əvvəlində yazmışolduğu
"Alçaldılmış və təhqir edilmişlər" məhz bu mövzuya, yəni "kiçik
insanlar"ın maddi və mənəvi işgəncələrinin təsvirinə həsr edilmişdi. 60-cı
illərdə isə Dostoyevski sosial-psixoloji mövzudan ideal-mənəvi mövzuya keçmiş və
insan xarakterini, onun aqibətini və şəxsiyyətini təyin edən ideoloji və mənəvi
məqamların bədii təhlilinə üz tutmuşdu.
Odur ki, Dostoyevskinin 60-cı illərdə
yazılmış romanlarını tədqiqatçılar yeni roman növü kimi qeyd edir, onu
"ideoloji roman", "polifonik roman" və s. adlandırırlar. Bu
yeni roman növünün mahiyyəti ondan ibarətdir ki, burada insane xarakteri, insan
şəxsiyyəti sadəcə olaraq realistcəsinə, ictimai, sosial mühitin məhsulu kimi təsvir
olunmur. Burada insan daha mürəkkəb, daha ziddiyyətli bir varlıq kimi, ilk növbədə,
özü öz müqəddəratını həll etməyə çalışan ruhi varlıq kimi təsvir olunur.
Dostoyevski öz realizminin əsas vəzifəsini "insane insanı tapmaq" vəzifəsi
kimi təyin edir. Bu, o deməkdir ki, insan göründüyündən, onun özü haqqında və
başqalarının onun haqqında düşündüklərindən daha mürəkkəb, daha sirli bir məxluqdur.
İnsan ruhunun ənginliklərinə dalmaq, onun özünün də xəbəri olmayan daxili sirlərini
açmaq üçün Dostoyevski öz qəhrəmanlarını müstəsna qəza vəziyyətinə salır və bu
vəziyyətdə onların xarakterlərinin gizli tərəflərinin açılmasına nail olur.
Mən kitabı yükləyə bilmirəm axı
ReplyDeleteF. M. Dostoyevski "Cinayət və cəza"yüklə.
DeleteƏn yuxarıda qırmızı rəngdə Yüklə sözünə tıklayın. Sonra reklamı keçin, yekləmə səhifəsinə gedəcəksiniz.