Hansı kitabı yükləmək olmursa, həmin kitaba şərh yazaraq bizə bildirin.

Çərpələng uçuran. Xalid Hüseyni (PDF yüklə)

Xalid Hüseyni - "Çərpələng uçuran" 

Yüklə


Bu əhvalat 2012-ci ilin əvvəlindəki qışında uzun-uzadı qarlı günlərindən birində baş vermişdi. Evdə çoxlu kitab olmasına baxmayaraq, elə bil oxumağa kitab seçə bilmirdim. Twitter-də yazdım ki, oxumağa kitab məsləhət görün. Follower-lərimdən biri mention etdi ki, Çərpələng uçuran”ı oxu. Bir neçə gündən sonra Kitab Klubundan həmin kitabı aldım. “Çərpələng uçuran” Xalid Hüseyni.

Bu kitab həyatımda üç günə oxuyub bitirdiyim ilk kitab oldu. Bundan əvvəl oxuduqlarımı hər gün oxuyur, sonra qaldığım səhifəyə nişan qoyub növbəti gün oxuyurdum. Hətta, elə olurdu ki, bir gün heç oxumurdum. Beləcə, bir həftə çəkirdi. Amma “Çərpələng uçuran”ın Azərbaycan dilinə tərcüməsinin arxasında yazıldığı kimi “Hüseyni oxucunu səhifəni səhifə ardınca çevirməyə sövq etmək üçün necə yazmaq olduğunu nümayiş etdirir – sadə və gözəl” (The Philadelphia Inquirer). Deməli, bacarıram. Sadəcə, kitab oxucuda elə maraq yaratmalıdır ki, digər vacib olmayan məşğuliyyətlərdən əl çəkib özünü əsərdəki həyata verə biləsən.

Romanı orijinaldan yox, ana dilimizdə tərcüməsindən oxuduğum üçün burada tərcüməçiyə də – tanınmış jurnalist Xədicə İsmayıl – təşəkkür etmək lazımdır.

Virtual oldu deyə, Əfqanıstanda və ABŞ-da yaşamaq xoşuma gəldi. Bilmirəm, tərcüməçi yoxsa müəllifdi günahkar, Əmir Amerikada olanda kolleci bitirməyi qeyd edir, sonra növbəti il yenidən kollecin hazırlıq şöbəsinə daxil olub bitirir. Təkcə, buranı anlamadım. Bu boş şeydi, əsas odu ki, əsər ümumilikdə əladı. Hamıya haqqında danışdığım romanı oxumağı tövsiyyə edirəm.

7 comments:

  1. Bu kitabi yuklemek isteyirem Cerpeleng ucuran

    ReplyDelete
  2. Çərpələng uçuran yükləmək is
    tiyrəm

    ReplyDelete
  3. Salam bu kitabı yükləmək istəyirəm

    ReplyDelete
  4. Bu kitabı yükləmək istəyirəm

    ReplyDelete
  5. Jul vern+ 80gun Dunya etrafinda isteyirem oxumaq

    ReplyDelete
  6. Kitab qurdu19/2/21 02:33

    Çərpələng uçuran kitabı əladı. Çox bəyəndim. Azərbaycan dilində PDF kitablar yüklə yazan kimi bu saytı tapıram. Təşəkkürlər! :)

    ReplyDelete

Fikrinizi bildirin: