Hansı kitabı yükləmək olmursa, həmin kitaba şərh yazaraq bizə bildirin.

Sponsor linki

Taun. Albert Kamyu (PDF yüklə)

Albert Kamyunun "Taun" kitabını yüklə.


Albert Kamyu (fr. Albert Camus; d. 7 noyabr 1913 - ö. 4 yanvar 1960) — fransız yazıçısı və filosof, ekzistensializm cərəyanının nümayəndəsi, dramaturq və tənqidçi, sağlığında "Qərbin vicdanı" adlandırılmışdı. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1957).

Albert Kamyu Əlcəzairdə doğulmuşdu. Əslən elzaslı atası Lüsyen Kamyu kənd təsərrüfatı plantasiyalarında fəhləlik edirdi. O Albertin 1 yaşı tamam olmamış Birinci dünya müharibəsi cəbhələrində həlak olmuşdu. İspan mənşəli anası Katrin Sintes azsavadlı qadın idi. Ərinin ölüm xəbərini alanda stressdən dili tutulmuşdu. Oğlunu saxlamaq üçün evlərdə qulluqçuluğa başlamış, Albert isə daha çox nənəsinin və şikəst dayısının himayəsində böyümüşdü. Kiçik yaşlarından taleyinə bu qədər çətinliklər düşməsinə baxmayaraq, özünə qapanmamışdı.

Müharibə başa çatdıqdan sonra da Kamyu bir müddət gündəlik qəzetə çevrilən "Döyüş"də çalışmış, lakin fikir ayrılığından redaksiyanı tərk edir. 1947-ci ildə yazıçının üçüncü iri həcmli əsəri – "Taun" romanı çap olunur. O, bu əsəri hələ 1944-cü ildə yazmışdı. Əlcəzairin Oran şəhərindəki vəba epidemiyasının təsviri əslində simvolik səciyyə daşıyırdı. Taun bir neçə il əvvəl Fransanı və bütün Avropanı bürüyən faşizm idi, daha geniş mənada o, ölümün və pisliklərin rəmzi idi.

Tənqidçilərin fikrincə, Kamyunun ən yaxşı dram əsəri sayılan "Kaliqula" (1945) pyesi də unversal şər mövzusuna həsr edilmişdi. Bu pyes absurd teatrının tarixində bütöv bir mərhələyə çevrilmişdi. Müharibədən sonra fransız ədəbiyyatının aparıcı simalarından biri kimi tanınan Albert Kamyu ekzistensialistlər və Jan Pol Sartrla yaxınlaşsa da, bir müddət sonra "yanlış nəticələrə gətirib çıxaran" bu fəlsəfi cərəyandan uzaqlaşmışdı.

Yaradıcılığında fəlsəfi esselərə daha böyük ağırlıq verən Kamyu 1950-ci illərdə çap olunan Üsyankar insan (1951), Süqut (1956) kimi əsərlərində insan azadlıqlarını və ləyaqətini məhdudlaşdıran diktator rejimlərini, totalitarizmin müxtəlif formalarını və saxta xristian əxlaqını kəskin tənqid etmişdi.

Albert Kamyu 1957-ci ildə "insan vicdanının həlledici rolunu aşkara çıxarmaq istiqamətində ədəbiyyata verdiyi mühüm töhfəyə görə" Nobel mükafatı aldı. Yazıçı lakonik Nobel mühazirəsində bütün yaradıcılıq növlərinin başlıca vəzifəsinin "ağ yalandan qaçmaq və zülmə qarşı mübarizə aparmaq" olduğu fikrini əsaslandırmışdı.

Nobel mükafatı alanda Albert Kamyunun 44 yaşı vardı. O, yazıçı üçün yetkinlik dövrü sayılan yaşa yenicə qədəm qoymuşdu. Apardığı qeydlərdən və dostlarının xatirələrindən də göründüyü kimi, böyük planlarla yaşayırdı. Lakin bu planları həyata keçirmək qismətində deyilmiş. Albert Kamyu Nobel mükafatı alandan üç il sonra Fransanın cənubunda, avtomobil qəzasında həlak oldu.

Albert Kamyunun həcmcə o qədər də böyük olmayan yaradıcılıq irsi müasir dövrdə təkcə yazıçının tarixi vətəni Fransada deyil, bütün dünyada böyük maraq doğurur. Kamyunun əsərləri oxunur, müxtəlif dillərə tərcümə edilir, mübahisələrə səbəb olur, düşündürür. Bir sözlə, o, sağlığında olduğu kimi yaşayır və insanlığa nəcib xidmətini davam etdirir.

XX əsrin böyük yazıçılarından olan, Nobel mükafatı laureatı Alber Kamyunun bu əsəri insan faciəsindən, dar günlərin psixozundan, mərhəmət hissindən, vicdan borcundan, gələ­cə­yə ümiddən, nikbinliyin daima qorunması zərurətindən, mü­­barizə əzmindən, həyat eşqindən, bir sözlə, ekstremal si­tu­asiyaya düşmüş insanların hiss və həyəcanlarından bəhs edir.

Kamyunun əsərinin qəhrəmanı bir həkimdir. Dünyəvi pe­şə­lərin, birmənalı olaraq, ən nəcibini özünə məslək seçmiş Riö öz həyatını riskə qoyaraq minlərlə insanı taun epidemi­ya­sın­dan xilas edir. O, ətraf dünyadan təcrid olunmuş şəhərdə in­sanların sonsuz əzabına şahidlik edir, onların dərdini pay­la­şır, yaxın dostlarını itirir, ancaq yorulmur, usanmır, bez­mir. Onun bu davranışı təsadüf üzündən epidemiya yayılmış şə­hərə gəlib düşən və çıxa bilməyən, amma bu ölüm yu­vasını nə yolla olur-olsun tərk etməyə çalışan jurnalistə də sirayət edir – o da qalır və taunla mübarizədə həkimə kömək edir.

1 comment:

Fikrinizi bildirin:

PDFyukle.com (c) 2015. Powered by Blogger.