23 Nov 2017

İdiot. F. M. Dostoyevski (PDF yüklə)

F. M. Dostoyevskinin "İdiot" kitabını yüklə.


İdiot (rus. Идиот) — XIX əsr rus yazıçılarından Dostoyevskinin 1868-ci ildə yazdığı bir romandır.

Fyodor Dostoyevski bu əsərində, sara xəstəsi bir gənc adamın mərkəzinə yerləşdirdiyi bir dünyada dürüst və açıq bir insan olaraq yaşamağın çətinliklərinə toxunmaqda və cəmiyyətin nə qədər də iki üzlü bir sistem üzərinə söykənərək ayaqda dayandığını göz önünə çıxarır. Belə bir dünyada dürüst olmaq "səfeh" olmaqdır.

Roman bir Dostoyevski klassikası olaraq son dərəcə axıcı və dərindir. Psixoloji maddələrin ağırlıqlı olduğu bir əsərdir. Dostoyevski burda ideal kişi tipini yaratmaq istəmişdir.

XIX əsr ortalarında keçən romanın qəhrəmanı Knyaz Lev Miskin, sara xəstəsidir. Müalicə gördüyü İsveçrədən qayıdanda əlindəki geyimdən başqa heç bir şeyi yoxdur. Peterburqda özüylə uzaqdan qohum olan Lizaveta Prokovyevnanı və General olan yoldaşını görmək üzrə Yepançinlgilə gedər. Burada generalın üç qızı, Aglaya, Adelaida və Aleksandra ilə də tanış olur. Knyaz, maraqlı şəxsiyyəti ilə ailəni və Peterburqda tanış olduğu digər insanları təsir altına alır.

Dünyanın gəlmiş keçmiş ən gözəl eşq romanlarından olan İdiot, Dostoyevskinin dörd böyük romanından biridir. Dostoyevskinin ən unudulmaz qadın qəhrəmanı olaraq qəbul edilən Nastasya Filopovna, məşhur rus romançının, Knyaz Mişkinin şəxsiyyətində vermək istədiyi güclü eşqin yönəldiyi şəxsiyyətlərdən biridir. Nastasya Filopovna gözəlliyin, başdan çıxarıcılığın, yetkin qadınlığın simvoludur. Romanın bir başqa maraqlı qadın qəhrəmanı Aglaya İvanovna da gəncliyin, həssaslığın və zəkanın simvoludur. "Səfeh" insanlıq tarixində yazılmış olan ən gözəl, ən sarsıdıcı, ən təsiredici romanlardan biri olaraq qəbul edilir.

1 comment:

Anonymous said...

Maraqlı romandır. Hamıya oxumağı məsləhət görürəm. Saytda yaxşı kitablar var. Hamısını da pulsuz yükləmək olur. Buna görə təşəkkür edirəm. Amma daha çox kitab olsa, minnətdar olarıq.

Haqqımızda

Pulsuz PDF formatında elektron kitab yükləmə saytı. E-kitabların heç biri satış üçün deyil, hər kəs yükləyib oxuya bilər. E-kitablar müxtəlif internet saytlarından (kitabxana.net, e-book.az, ebooks.az, 1001kitab.az) və şəxsi arxivlərdən yığılıb. Kitablar və müəlliflər haqqında məlumat üçün wikipedia və digər saytlardan istifadə olunmuşdur.


Siz də pdf formatında e-kitab göndərməklə elektron kitabxananı zənginləşdirə bilərsiniz. Bunun üçün pdf fayldan əlavə, saytdakı digər e-kitablar kimi üz qapağı və kitab haqqında ən azı 300 sözlük məlumat da lazımdır. Yeniliklər üçün Facebook səhifəmizi bəyənə bilərsiz.


Kitablar haqqında fikirlərinizi şərh yazmağı unutmayın :)



Şərhlər

Bizimlə əlaqə

Name

Email *

Message *