18 Apr 2018

Xəyanət. Elxan Elatlı (PDF yüklə)

Elxan Elatlı. Xəyanət PDF yüklə

Elxan Elatlı (tam adı: Elxan Əbdürrəhman oğlu Osmanov ) — azərbaycanlı yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı.


Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. "Kirpi" jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub.

1980–1985–ci illərdə BDU–nun mexanika–riyaziyyat fakültəsində oxuyub. 1985–2001–ci illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 28 kitabı işıq üzü görüb ki, onların dördü şeir, ikisi riyazi məntiq, biri qəhrəmanlıq romanı ("Qisas gecəsi"), digəri psixoloji roman ("Mərtəbələr") və "Xəstə ruhlar" əsəri tarixi-detektiv roman, on doqquzu isə detektiv nəsr əsərləridir. "Xəyanət" romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli "Qan ləkəsi" romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan "Cəhənnəmdən gələn səs" romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab oluna bilər.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Əsərləri:

"Ağrıyır ürəyim, ağrıyır yaman" (şeirlər)
"Səhv edirik biz" (şeirlər və qəzəllər)
"Axtar məni" (şeirlər və qəzəllər)
"Seçilmiş şeirləri" (şeirlər, poemalar)
"Düşün bir az" (məntiqi riyaziyyat məsələləri)
"Maraqlı məntiq məsələləri"
"Yeddinci mərtəbədə qətl" (detektiv povest və hekayələr)
"İtmiş qızın axtarışı" (detektiv povest və hekayələr)
"Pəncərədə görünən kölgə"
"Xəyanət"
"Qan ləkəsi"
"Bakıdan gələn xəfiyyə"
"Dilənçi qadının sirri"
"Cəhənnəmdən gələn səs" (həmçinin rus dilində "Голос из ада")
"Görünməyən izlər"
"Qisas gecəsi" (Mübariz İbrahimova həsr olunmuş qəhrəmanlıq romanı)
"Arxalı canavar" ( Qanbay Qasımlı & Ələmdar Məlikov )
"Ələkeçməz yaquar" ( Ayxan Asayev & Gültən Dəmirli )
"Ən yaxın planet"
"Seçilmiş cəza"
"Adsız tablo"
"Mərtəbələr" (psixoloji roman)
"Niyə susursan, polkovnik?"
"Qanunsuz əməliyyat" ( Ələmdar Məlikov & Gültən Dəmirli )
"Xəstə ruhlar" (tarixi-detektiv roman)
"Məhəbbətin gizli kodu"
"Ölüm ağacının kölgəsində"
"14 - cü Adam"

Kitab haqqında:


Bu kitab Azərbaycan milli detektivinin əsas ya­ra­dıcılarından hesab olunan Elxan Elatlının geniş oxucu kütləsi qazanmasında əhəmiyyətli rol oyna­mışdır. Romanda yüksək vəzifə sahibi olan birinin başına gələn ağlasığmaz faciədən bəhs olunur. İn­san xislətinin ayrılmaz ünsürü olan xəyanətkarlıq ön plana çəkilir və bu təəssüfedici hal Qaplan adlı sədaqətli itlə müqayisədə daha qabarıq çatdırılır...

No comments:

Haqqımızda

Pulsuz PDF formatında elektron kitab yükləmə saytı. E-kitabların heç biri satış üçün deyil, hər kəs yükləyib oxuya bilər. E-kitablar müxtəlif internet saytlarından (kitabxana.net, e-book.az, ebooks.az, 1001kitab.az) və şəxsi arxivlərdən yığılıb. Kitablar və müəlliflər haqqında məlumat üçün wikipedia və digər saytlardan istifadə olunmuşdur.


Siz də pdf formatında e-kitab göndərməklə elektron kitabxananı zənginləşdirə bilərsiniz. Bunun üçün pdf fayldan əlavə, saytdakı digər e-kitablar kimi üz qapağı və kitab haqqında ən azı 300 sözlük məlumat da lazımdır. Yeniliklər üçün Facebook səhifəmizi bəyənə bilərsiz.


Kitablar haqqında fikirlərinizi şərh yazmağı unutmayın :)



Şərhlər

Bizimlə əlaqə

Name

Email *

Message *