Hansı kitabı yükləmək olmursa, həmin kitaba şərh yazaraq bizə bildirin.

Sponsor linki

Mənim gündəliklərim. Rövşən Yerfi (PDF yüklə)

Rövşən Yerfi - Mənim gündəliklərim


Rövşən Yerfi. Mənim gündəliklərim (memuar)

Bakı, 2022


Müəllif  “Mənim gündəliklərim” adlı memuarda 1987-1991-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasında baş verən şahidi olduğu mühüm ictimai-siyasi hadisələri (1988-ci il noyabr, 1990-cı il yanvar)  işıqlandırmışdır. Cəmiyyətin müxtəlif təbəqələrindən olan yüzə yaxın şəxslərin adları çəkilərək xatırlanmışdır. 




Kitabdan bir hissə:


Mənim gündəliklərim                                         

(1987-1991-ci illər)

İlk gündəlik qeydlərim şagird gündəliklərində olub. O gündəliklərdə tətil günlərini, bayramları, ekskursiya və ya məktəbdə keçirilən tədbirləri qeyd edərdim. Sonralar o zamanlar çap olunan “kalendar – dnevnik” jurnallarından istifadə edirdim. Əsas məqsədim baş verən hadisələri unutmamaq, lazım gələndə dəqiqliyi ilə xatırlaya bilməyim üçün idi.  

Nəhayət 25 iyul 1987-ci ildən qalın ümumi dəftərdə yazmağa başlamışam. Burada fikirlərimi, hisslərimi yox, özümə lazım maraqlı baş verənləri, bir neçə cümlələrlə qeyd etmişəm. Məsələn, rayona, kəndə gedib qayıtdığım gün-lər, əhəmiyyətli saydığım adamlarla görüşlərim, getdiyim toylar, hətta o toylarda verdiyim şabaşların miqdarı, “Neftçi” futbol komandasının harada, kiminlə oynaması, oyunların hesablarını da yazmışam.

O zaman 22 yaşım vardı, Azərbaycan Dövlət Universite-tində qiyabi oxuyurdum, ikinci kursa keçmişdim.  8-ci ki-lometrdə Darvin küçəsindəki 10 nömrəli yataqxanada qalırdım. Yay gecələri gizlicə böyük otaqların birində yığışıb video kasetlərə baxardıq. Pullu da olurdu, tanışlıqla pulsuz da olurdu. Əsasən döyüş və erotik filmlər üstünlük təşkil edirdi. Amerika, Rasputin, Yekaterina haqqında bədii filmləri həmin günlərdə seyr edə bilmişdim. Videoları gətirənlər iddia edirdilər ki, guya KQB xəfiyyələrinin xəbəri olsa kasetləri onlardan alıb müsadirə edərlər, bu filmlərin baxılmasına qadağa var.

No comments:

Post a Comment

Fikrinizi bildirin:

PDFyukle.com (c) 2015. Powered by Blogger.