Hansı kitabı yükləmək olmursa, həmin kitaba şərh yazaraq bizə bildirin.

Sponsor linki

Kölə olma. İbrahim Həssas (PDF yüklə)

"Kölə olma" İbrahim Həssas




İbrahim Həssas yaradıcılığa lap erkən yaşlarından başlamış, hələ orta məktəbdə oxuyarkən şeirləri, məqalələri Şirvan şəhər "İşıq" qəzetində çap olunmuşdur. Sonradan tələbəlik illərində dövri mətbuatla sıx təmasda olub. İstər şeirləri, nəsr əsərləri, istərsə də məqalələri "Hürriyyət", "Yeni Müsavat", "Tələbə-Press", "Ədəbiyyat qəzeti", "525-ci qəzet", "Bakı Dövlət Universiteti" qəzetlərində nəşr olunmuşdur. 2002-ci ildə bir qisim şeirləri "Addımlar" almanaxının V sayında dərc olunmuş, 2008-ci ildə yaradıcılığının müəyyən qədərini təşkil edən "Sən dediyin günəş çıxıb" adlı şeirlər kitabı çapdan çıxmışdır. 2010-cu ildə "MUĞANın SƏSi" adlı almanaxda, 2012-ci ildə "Əbədi Şirvan" başlıqlı (Ədəbi-bədii, elmi-kütləvi, publisistik) rüblük jurnalda şeirləri işıq üzü görmüşdür. 2017-ci ildə müxtəlif mövzulu şeirlərdən, hekayə, novella, esselərdən, miniatür, etüd, hayqu, deyim və yozumlardan ibarət "Yasəmən rəngli kədər" adlı kitabı, 2019-cu ildə mövzusu rəngarəng şeirlərdən, klassik üslubda yazdığı əsərlərdən, nəsrdə yazdığı yazılardan ibarət "KÖLƏ OLMA!" adlı kitabı çapdan çıxmışdır. Tələbəlik illərindən "Vahid ədəbi məclisi"nin üzvüdür.

No comments:

Post a Comment

Fikrinizi bildirin:

PDFyukle.com (c) 2015. Powered by Blogger.