Hansı kitabı yükləmək olmursa, həmin kitaba şərh yazaraq bizə bildirin.

Sponsor linki

Qadın düşərgəsi. Rövşən Yerfi (PDF yüklə)

Rövşən Yerfinin "Qadın düşərgəsi" kitabını 

PDF yüklə


"Qadın düşərgəsi" — Azərbaycan ədəbiyyatında qadın həbsxanası haqqında yazılmış ilk bədii əsər. 2006-cı ildə yazıçı Rövşən Yerfi tərəfindən qələmə alınmışdır.

Əsərdə qadın islah-əmək düşərgəsinə düşmüş qadınların taleyindən, düşərgədəki həyat tərzindən, ən əsası isə qadınları belə yerlərə düşməyə gətirən səbəblərdən bəhs edilir.

"Qadın düşərgəsi" "Üzdəniraq ada" romanındakı Zinyət surətinin əzablı həyatının davamıdır. Əsərdə Zinyətdən başqa onlarla məhkum qadının acı taleləri, törətdikləri cinayətlər əks olunub.

Kitab 2008-ci ildə Bakı Kitab Klubunun həyata keçirdiyi "Sınaq nüsxəsi" layihəsində bəyənilmiş və iki dəfə: 2008, 2010-cu illərdə çap olunub.

***

Rövşən Yerfi - nasir, Penitensiar Xidmətdə işləmiş ilk yazıçı, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993).

1988-ci ildən Azərbaycan qəzetlərində məqalələri çap olunub. Mətbuatda ilk hekayəsi 1989-cu ildə dərc olunub. Həmin il Azərbaycan Mədəniyyət Fondunun keçirdiyi "Debüt-89" respublika ədəbi yaradıcılıq müsabiqəsinin nəsr üzrə qalibi olub. 2004-cü ildə "Üzdəniraq ada" adlı ilk kitabı işıq üzü görüb. 2008-ci ildə "Qadın düşərgəsi" povesti "Kitab Klubu"nun həyata keçirdiyi "Sınaq nüsxəsi" layihəsində bəyənilərək çap edilmişdir. Yaradıcılığının mühüm hissəsi — "Üzdəniraq ada" romanı, "Qadın düşərgəsi", "Residivist", "Qazamat sanitarları" povestləri, "Sanitarlar", "Həbsxana bənövşəsi" pyesləri və 8 hekayəsi cəzaçəkmə müəssisələrinin həyatından bəhs edir. Əsərlərinin ikinci böyük mövzusu – qadın mövzusunda “Günahsız qatil”, “Sel”, “Müqəssir” povestlərini və beş hekayə yazmışdır. “Lənətə gələnlər”, “HİV qasırğası”, “Ziyarət”, “Baba yurdu” povestləri, qırxdan çox hekayəsi, kiçik esseləri və mənsur şeirləri isə digər müxtəlif mövzuları əhatə edir. “Mənim gündəliklərim” adlı memuarında 1987-1991-ci illərdə Azərbaycan Sovet Respublikasında baş verən şahidi olduğu mühüm ictimai-siyasi hadisələri işıqlandırmışdır.

Azərbaycan nəsrində ilk olaraq, xidmət əməkdaşı kimi məhbəs romanı ("Üzdəniraq ada" (2003), məhbəs pyesi ("Sanitarlar" (2017), qadın həbsxanası haqqında povest (“Qadın düşərgəsi” (2006), pyes (“Həbsxana bənövşəsi”(2013) və HIV təhlükəsi barədə hekayə (“HIV qasırğası”(2007) yazmışdır. Eyni zamanda ilk dəfə Azərbaycan məhbəs nəsri haqqında məqalələr (2015) dərc etdirmişdir.

Beş kitab redaktorudur. Əsərləri "Kaspi" qəzetində, "Azərbaycan", "Ulduz", "Yazı" "Mars", "Aran", "Eko-inter" jurnallarında, Dirili Qurbani məclisinin 6 almanaxında və digər müxtəlif 4 topluda çap olunmuşdur. Esse, memuar, hekayə və povestləri onlarla saytda, o cümlədən, Mədəniyyət Nazirliyinin Milli Kitabxana İnformasiya Mərkəzinin virtual kitabxanasında 10 elektron kitabı yayımlanır.

2 comments:

  1. Salam mən bu kitabı yükləyə bilmirəm. Zəhmət olmasa köməklik göstərin.

    ReplyDelete
  2. Anonymous16/2/22 20:29

    men kitabi yukledim. sadece reklami kecmek lazimdi. sora yukleme acilir rahat. tesekkur edirem maraqli kitablara gore.

    ReplyDelete

Fikrinizi bildirin:

PDFyukle.com (c) 2015. Powered by Blogger.