Hansı kitabı yükləmək olmursa, həmin kitaba şərh yazaraq bizə bildirin.

Sponsor linki

Frans Kafka - "Çevrilmə" əsərinin məzmunu


Franz Kafkanın "Çevrilmə" əsərinin məzmunu


“Çevrilmə“ (org. Metamorfoz) məşhur yəhudi əsilli avstriyalı yazıçı Frans Kafkanın qələmə aldığı və geniş oxucu auditoriyası tərəfindən böyük maraqla qarşılanaraq oxunan kiçik həcmli əsərdir. Əsər ilk dəfə 1915-ci ildə çap olunaraq işıq üzü görmüş və Frans Kafkanın yaradıcılığında mühüm yerlərdən birini tutmuşdur. Müəllif digər əsərlərindən fərqli olaraq “Çevrilmə“ əsərində fantastik bir mövzunu ələ almışdır. Qeyd edim ki, hekayənin motivləri əsasında eyni adlı film də çəkilmişdir.

"Çevrilmə": Əsərimizin baş qəhrəmanı Qreqor Zamza bir gün səhər yuxudan ayılarkən özünün böyük və eybəcər bir həşərata çevrildiyini görür. Frans Kafka manevrasına uyğun olaraq hadisələrin əvvəldə baş verən metamorfozasını barədə məlumat vermir. Oxucu və hekayənin qərəmanı  fakt qarşısında qoyulur: Çevrilmə artıq baş vermişdir. Qreqor Zamza, olanları görür və başa düşür. Qapının digər tərəfində onun anası və bacısı yuxudan səhər oyanmasını xahiş etsələr də, o bu qeyri-adi halda ayağa qalxa bilmir. Onun çevrilməsini bilən ailə üzvləri isə təəccüblənərək dəhşətə gəlirlər. Atası onu digər otağa qovur, bu zaman atasının atdığı əşya Qreqor Zamzanı bərk yaralayır. Bu vəziyyətdə o, otaqda həmişəlik qalmalı olur. Amma bacısı hərdən ona yemək vermək üçün otağa gəlir. Qreqor Zamza, otaqda ağır mənəvi və fiziki ağrılara dözərək yaşamalı olur. O ailədə yeganə pul qazanan şəxs idi. İndi onun bu vəziyyətə düşməsi ilə əlaqədar ailə maliyyə baxımından pis vəziyyətə düşür. Baş verənlərə görə Qreqor özünü günahkar hesab edir. İlk əvvəllər bacısının ona yazığı gəlir. Ancaq evə kirayəçi qoyandan sonra, bu həşəratın qonaqlara qarşı özünü pis aparması nəticəsində onun da Qreqor Zamzaya olan əvvəlki münasibəti dəyişir. Kirayəçilər evdə həşəratı görərək hay-küy qaldırır və evi tərk etmək qərarına gəlirlər. Bir müddət zaman keçdikdən sonra Qreqor Zamza dünyasını dəyişərək vəfat edir. Çılğın və fantastik hekayə, bu həyat dolu optimistliklə başa çatır.

Frans Kafka bu hekayəni niyə bu cür fantastik bir şəkildə qələmə aldığını və bu cür sonlandırmasının səbəbini oxuculara heç zaman açıqlamır. O yalnız bir müəllif kimi hadisələri kağız üzərində təsvir edir. Frans Kafkanın digər bütün əsərlərində olduğu kimi, burada da özünü absurd və mənasız olan həyat qarşısında günahkar hiss edən, cılız insan taleyi təsvir etmişdir. Əslində hadisələrin niyə məhz bu şəkildə irəliləməsini, güclü analiz bacarığı olan hər bir oxucu mütləq şəkildə başa düşür. Əsəri bəyənməyən və tənqid edən kütlə isə əsərin mənasına varmayan və Frans Kafkanın bu əsərlə nə demək istədiyini tam olaraq başa düşməyən kütlədir. Əlbəttə, zövqlər müxtəlifdir. Heç kimi “Çevrilmə“ əsərini sevmədiyi üçün tənqid etmək haqqımız da yoxdur. Bu Frans Kafka ilə oxucular arasında olan bir haldır. Amma ən azından əsəri sevməyən şəxslərə, onu bir də oxumasını məsləhət görə bilərik.

mənbə: kitabyurdu.org

4 comments:

Fikrinizi bildirin:

PDFyukle.com (c) 2015. Powered by Blogger.