Hansı kitabı yükləmək olmursa, həmin kitaba şərh yazaraq bizə bildirin.

Sponsor linki

Polkovnikə məktub yoxdur. Qabriel Qarsiya Markes (PDF yüklə)


Qabriel Qarsiya Markesin "Polkovnikə məktub yoxdur" kitabını PDF yüklə.

Qabriel Xose de la Konkordiya "Qabo" Qarsiya Markes (isp. Gabriel José de la Concordia «Gabo» García Márquez; 6 mart 1927, Arakataka, Kolumbiya — 17 aprel 2014, Mexiko, Meksika) — Kolumbiyalı yazıçı, jurnalist, siyasi xadim, 1982–ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı laureatı.

Həyatı və fəaliyyəti

Qabriel Qarsiya Markes 6 mart 1927–ci ildə Kolumbiyanın Arakataka şəhərində teleqrafçı ailəsində anadan olmuşdur. Ailədə olan 16 uşaqdan ən böyüyü idi. Markes balaca olarkən valideynləri başqa şəhərə köçmüş, nəticədə onlar öz övladlarını babası polkovnik Nikolas Rikardo Markes Mexia İquaranın yanında qoymuşlar. 1899-1903-cü illərdə vətəndaş müharibəsində iştirak etmiş bu şəxs artıq təqaüd alırdı.

Polkovnikə məktub yoxdur (povest)

Polkovnikə məktub yoxdur (isp. El coronel no tiene quien le escriba) — kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin 1956-1957-ci illərdə yazılmış və ilk dəfə 1961-ci ildə dərc edilmiş novellası (povesti).

Süjeti

Novellada hadisələr balaca Kolumbiya şəhərciyində 1956-cı ildə baş verir. Baş qəhrəman Min Günlük müharibənin veteranı olan 75 yaşlı polkovnikdir. O arvadı ilə şəhərciyin kənarında yaşayır və oğlu Aqustin öldürüləndən sonra onlar yoxsulluqdan əziyyət çəkirlər. Polkovnik müharibə veteranı kimi ona təyin edilməli olan pensiya barəsində uzun illərdir ki, paytaxtdan məktub gözləyir. Lakin ona heç kim yazmır.

Qoca bütün ümidlərini döyüş xoruzuna bağlayır. Yanvar ayında xoruz döyüşləri başlamalıdır. Polkovnik və onun arvadı yeməyə bir şey tapmasalar da, o , öz xoruzunu yaxşı yemləyir və xoruzu satmaq təkliflərini rədd edir.

Xoruz döyüşlərinin başlanmasına isə hələ 45 gün var.

Novelladan sitatlar

Çətirlər nədənsə mənə ölümü xatırladır
Kasıbçılığın ən pis cəhəti odur ki, o səni yalan danışmağa məcbur edir.
Elə satmaq lazımdır ki, sanki sən özün alırsan.
Mən şlyapa taxmıram ki, heç kimin qarşısında da onu çıxarmayım

Mədəniyyətə təsiri

Rejissor Arturo Ripşteyn 1999-cu ildə novella əsasında eyniadlı bədii film çəkmişdir.
Rusiyanın Bi-2 qrupunun “Polkovnikə heç kim yazmır” mahnısı var.
Riqada “Pulkvedim Neviens Neraksta” adlı klub-restoran mövcuddur.
Şair Səlim Babullaoğlunun “Polkovnikə heç kim yazmır” adlı şerlər kitabı var.

2 comments:

  1. Salam,kitabı niyə yükləmək olmur?

    ReplyDelete
  2. Polkovnikə məktub yoxdur kitabını yukluye bilmirəm

    ReplyDelete

Fikrinizi bildirin:

PDFyukle.com (c) 2015. Powered by Blogger.