Hansı kitabı yükləmək olmursa, həmin kitaba şərh yazaraq bizə bildirin.

Sponsor linki

Rio-Pyedranın sahilində oturdum və ağladım. Paulo Koelyo (PDF yüklə)

Paulo Koelyonun "Rio-Pyedranın sahilində oturdum və ağladım" kitabını PDF yüklə.


Romanın qadın və kişi qəhrəmanı uşaqlıqlarını bir­lik­də keçirirlər, lakin bir gün kişi yeni həyat kəşf etmək, yeni insanlar tanımaq istəyi ilə yaşadığı şəhəri buraxıb uzaqlara gedir. Uzun illər ondan bir xəbər-ətər gəlmir, lap sonralar isə ara-sıra bir neçə mək­tub göndərməyə başlayır…


Kitabdan maraqlı hissələr: 


  • Bütün sevgi hekayələri bir-birinə bənzər.
  • Biz uşaq idik, biz bir yerdə böyüyürdük, biz əl-ələ verib dünyanı kəşf etməyə çalışırdıq. Mən onu sevirdim əlbəttə əgər sevginin nə olduğunu uşağın anlaması mümkünsə. Ancaq bütün bunlar o qədər uzaqda qalmışdı ki, sanki hansısa başqa, əvvəlki həyatda, hələ günahsız ürəyin dünyada yaxşı nə varsa, hər şeyə açıq olduğu zamanlarda baş vermişdi.
  • Biz nadır hallarda möcüzənin ətrafımızda olduğunu boynumuza alırıq. Möcüzələr lap bizim yanımızda baş verir, səma işarətləri bizə yol göstərir, mələklər onları eşitməmizi xahiş edirlər. Ancaq biz “Dinə gəlmək üçün konkret qaydalara əməl etmək, konkret formulaları səsləndirmək lazımdır” deyərək qətiyyətlə özümüzü görməməzliyə vururuq.
  • Bizlərdən hər birimiz bu və ya digər anda göz yaşları içində təkrar etmişik: «Bu sevgi mənim əzablarıma dəyməz.
  • Biz ona görə əzab çəkirik ki, aldığımızdan çox verdiyimizi düşünürük. Ona görə əzab çəkirik ki, sevgimiz gizli və təsdiqsiz qalıb. Biz öz qaydalarımızı qoya bilməmişik, odur ki, əzab çəkirik.
  • Tanrı hər gün bizə – günəşlə birlikdə – bizi bədbəxt edən hər şeyi dəyişmək imkanı göndərir. Və hər gün biz özümüzü elə aparırıq ki, guya bu imkanı görmürük, guya o, ümumiyyətlə mövcud deyil, guya bu gün tamamilə dünənə bənzəyir və sabahdan fərqlənmir.
  • Həyatımızın hər anında nə isə baş verə bilər – bilər ancaq vermir.
  • Mən həmişə səni sevmişəm – O danışmağa başladı. Mənim başqa qadınlarım da olub, ancaq təkcə səni sevmişəm. Dünyada hansı yolla gedirəm gedim, o, məni mütləq sənin yanına gətirirdi.
  • Sevgi - narkotikdir. Əvvəlcə eyforiya, yüngüllük tam vəhdət hissi yaranır. Növbəti gün yenə istəyirsən. Hələ içinə çəkməyə macal tapmamısan - baxmayaraq ki, hiss etdiklərin xoşuna gəlir - əminsən ki, onsuz keçinə bilərsən. Sevimli varlıq halda 2 dəqiqə fikirləşirsən və 3 saat yadına düşmür. Tədricən ona öyrəşirsən və ondan tam asılı hala düşürsən. Onun haqqında 3 saat fikirləşir, 2 dəqiqəliyə unudursan. O yanında yoxdursa, növbəti dozadan məhrum olunmuş narkomanların yaşadıqlarını hiss edirsən. Belə dəqiqələrdə dozaya görə qarətə, qətlə, istənilən alçaqlığa hazır olan narkomanlar kimi sən də sevginin xətrinə hər şeyə hazırsan.
  • - Bəli. Ona görə də yalnız yanında saxlaya biləcəyin adamı sevmək lazımdı.
  • Onu maraqlandırmır sevdiyimiz şəxsi yanımızda saxlamağa gücümüz çatacaq, ya yox. Məhəbbət idarəolunmazdır.
  • Məhəbbət – başdan-başa hiylə və tələdən ibarətdir. O, öz gəlişi haqqında xəbər vermək istəyəndə, ancaq işığını göstərir, işığın yaratdığı kölgələri isə gizlədir.
  • Dünyada sevgidən dərin heç nə yoxdur. Ancaq nağıllarda şahzadə qurbağanı öpür və o, gözəl oğlana çevrilir. Həyatda hər şey əksinədir. Şahzadə qız şahzadə oğlanı öpür və o, iyrənc qurbağaya çevrilir.
  • Ancaq məhəbbət – həmişə yenidir. Həyatın boyu məhəbbətlə neçə dəfə rastlaçacağının əhəmiyyəti yoxdur – bir, iki və ya üç. Hər dəfə biz məchulluq və sirlə qarşılaşırıq. Məhəbbət bizi göylərə qaldıra bilər, cəhənnəmə ata bilər, lakin heç vaxt əvvəlki yerimizdə qoymaz. Məhəbbətdən imtina etmək olmaz, zira o, yaşamımızın qidasıdır. Ondan imtina etsək, həyat ağacının bardan əyilmiş budaqlarına baxa-baxa və o bardan cürət etmədən aclıqdan ölərik, halbuki, budur onlar – sadəcə əlini uzatmalısan.
  • Yalnız xoşbəxt olan kəs xoşbəxtlik yaymağa qadirdir.
  • Gözləmək – işgəncədir. Unutmaq-ağırdır. Ancaq əzablardan ən dəhşətlisi – hansı qərarı verəcəyini bilməməkdir.
  • Qısqanclıq – çünki mən tədricən başa düşürdüm: məhəbbət mənim təsəvvür etdiyimdən də böyükdür, məhəbbət elə sərhədləri keçir, elə yerləri gəzir ki, ora heç vaxt mənim ayağım dəyməyib.
  • Sən soruşmamalısan! Məhəbbət sual vermir, əgər biz düşünməyə başlasaq, qorxmağa başlayacayıq. Bu – izahedilməz qorxudur, hətta mən onu sözlə ifadə etməyə belə çalışmayacam. Bu rədd edilmək, sevilməmək qorxusu ola bilər, qorxu cazibəni pozacaq. Axmaq səslənir amma bu belədir.
  • Çoxsaatlı həsrət gərginliyə çevrilir, gərginlik qorxu ilə əvəz olunur, qorxu isə şəfqətdən çəkinməyə məcbur edir.
  • Bir çox valideynlər səhvlərə yol verirlər, çünki uşaqları üçün nəyin yaxşı olduğunu bildiklərini düşünürlər.
  • Dağlar gözəldirlər. Onlara yaxınlaşan heç kim Yaradanın qüdrətini dana bilməz. Dağlar – Allahın bizə bəslədiyi məhəbbətin canlı şahidləridirlər, lakin bu dağların qisməti həmin sevgiyə təkcə şahidlik etməkdir. Hərəkət edən və mənzərəni dəyişən çaylardan fərqli olaraq.
  • Əşyalarını topla. Gedirik. Arzular özbaşına həqiqətə çevrilməyəcək.


Hazırladı: Nurəddin Məmmədli

No comments:

Post a Comment

Fikrinizi bildirin:

PDFyukle.com (c) 2015. Powered by Blogger.