Qurban Səid "Əli və Nino" kitabı
>>> PDF yüklə. <<<
Qurban Səid — ilk dəfə 1937-ci ildə Avstriya naşiri E.P.Tal tərəfindən alman dilində nəşr edilən "Əli və Nino" romanının müəllifinin istifadə etdiyi təxəllüsdür. Romanın hal-hazırda 30-dan çox dildə nəşri mövcuddur.
Əli və Nino — ilk dəfə 1937-ci ildə Vyanada alman dilində
E.P.Tal Verlaq tərəfindən nəşr edilən və indiyədək dünyanın 33 dilinə tərcümə
edilən məhəbbət romanı.
Əsərin ilk nəşrində müəllif kimi Qurban Səid göstərilmişdir.
Rəsmi sənədlərə əsasən Qurban Səid avstriyalı baronessa Elfrida fon Ehrenfelsin
təxəllüsüdür. Buna görə də uzun illər əsərin həqiqi müəllifi Elfrida fon
Ehrenfels hesab olunurdu. Lakin, amerikalı şərqşünas Tom Rayz əsərin əslən Azərbaycandan
olan yəhudi mənşəli yazıçı Lev Nissembauma məxsus olduğunu, baronessa Elfrida
fon Ehrenfelsin isə yalnız onun məşuqəsi olmasını sübut edə bilmişdi. Azərbaycan
Yazıçılar Birliyi isə 1993-cü ildə qəbul etdiyi qərarda əsərin müəllifinin
Y.V.Çəmənzəminli olduğunu təsdiq etdi.
Bir qisim tədqiqatçılar Qurban Səid adının Bakı yəhudisi Lev
Nissembaumun, digərləri isə Yusif Vəzir Çəmənzəminlinin təxəllüsü olduğunu qeyd
edirlər. Qərb tədqiqatçıları və naşirləri "Əli və Nino"nun XX əsrin
20-ci illərində Bakıdan Almaniyaya mühacirət etmiş yəhudi mənşəli Lev
Nissembaum olduğunu bildirirlər. Almaniyada yaşayan tədqiqatçı Nuridə Atəşi isə
əslində Lev Nissembaumun müsəlman kimi doğulduğunu, əsl adının Məhəmməd Əsəd bəy
olduğunu iddia edir.
Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik
Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə
edir. Hadisələrin cərəyan etdiyi əsas məkan isə "tərəqqe etmiş" Qərb
və "geridə qalmış" Şərqin qovuşduğu Bakıdır.
Əli xan Şirvanşir rus məktəbində təhsil alan əsilzadə müsəlman
gəncidir. Ailəsinin tamamilə şərq-müsəlman adət-ənənələrinə sadiq olmasına
baxmayaraq, Əli oxuduğu məktəb və Qərb-xristian dünyasına məxsus olan gürcü
qızı Ninoya bəslədiyi məhəbbətinin təsirindən Avropa təsirinə məruz qalmışdır.
Lakin bununla belə Nissembaum öz əcdadlarının adət-ənələrinə ömrü boyu sadiq
qalacaq, Azərbaycanın müstəqilliyi uğründa həyatını qurban verəcək əsl azərbaycanlı
vətənpərvər gənc Əli obrazını yaradır.
Əsərdə Əlinin Ninoya məhəbbəti və Əli xan Şirvanşirin
Dağıstan, Qarabağ, Gürcüstan və İrana səyahətlərindən söhbət açılır. Məktəbi
bitirdikdən sonra Əli və Nino evlənmək qərarına gəlirlər. Əlinin atası
qadınlara, xüsusən başqa dinə məxsus qadına qarşı mühafizəkar fikirlərinə
baxmayaraq nigahı dəstəkləyir. Ninonun atası isə əvvəlcə tərəddüd edir, lakin
erməni əsilli dostunun məsələyə müdaxiləsi ilə sonda mövqeyini yumşaldır.
Hadisələr həmin erməninin Ninoya aşiq olması və hiyləgərliklə
onu qaçırmasından sonra dramatik xarakter alır. Əli dininin qaydalarına uyğun
olaraq xain ermənini öldürür, lakin Ninoya əl qaldırmağa cürət etmir. Əli erməninin
yaxın qohumlarının gözlənilən intiqamından yaxa qurtarmaq üçün Bakını tərk etməli
olur.
Aylar sonra Nino Əlini ucqar kəndlərin birində yoxsulluq və
səfalət içində tapır və dərhal onunla evlənir. Rusiya inqilabı və türklərin
Bakını azad etmək məqsədilə Azərbaycana yürüşlərini diqqətlə izləyən Əli
rusların Bakını yenidən ələ keçirməsindən sonra Nino ilə İrana yollanır. Nino
İranda ev dustağına çevrilməsi səbəbindən özünü tamamilə yalqız və bədbəxt hiss
edir. Azərbaycanda ilk demokratik cümhuriyyətin qurulmasından sonra Əli və Nino
yenidən Bakıya qayıdır və yenicə qurulmuş dövlətin mədəni həyatında fəal
iştirak edirlər. Sonradan Əliyə Azərbaycanın Fransada səfiri vəzifəsi təklif
olunur və təklifi Nino da müsbət qarşılayır, lakin Əli imtina edir. O Ninonun
özünün İranda necə bədbəxt hiss etdiyin xatırlayır və eyni aqibət ilə
qarşılaşmaqdan çəkinir.
Əlinin gənc ömrü rusların 1920-ci ildə bir daha Azərbaycana
yönəlmısi ilə başa çatır. Nino isə yenicə dünyaya gəlmiş körpələri ilə
Gürcüstana qaçır. Əli xan Şirvanşir Gəncənin bolşeviklərdən müdafiəsi döyüşlərində
şəhid olur.
No comments:
Post a Comment
Fikrinizi bildirin: