Hansı kitabı yükləmək olmursa, həmin kitaba şərh yazaraq bizə bildirin.

Sponsor linki

Seçilmiş əsərləri. Frans Kafka (PDF yüklə)

Frans Kafkanın "Seçilmiş əsərləri" kitabını 

PDF yüklə

Kitabda F. Kafkanın "Qəsr" romanı, "Çevrilmə", "Kənd həkimi", "Akademiya üçün hesabat", "Müğənni Jozefina" və "Balaca qadın" novellaları yer alıb.

Frans Kafka (alm. Franz Kafka) — alman dilli, yəhudi əsilli yazıçı olmuşdur. XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Realizm ilə fantastika elementlərini birləşdirdiyi əsərlərində əsasən tənha qalmış baş personajlar qəribə, sürrealistik vəziyyətlərlə və başa düşülməyən sosial-bürokratik qüvvələrlə üzləşirlər. Kafkanın əsərlərində yadlaşma, narahatlıq, günahkarlıq və absurdluq kimi elementlərlə qarşılaşmaq mümkündür. Ən tanınmış əsərləri "Çevrilmə" (alm. Die Verwandlung‎), "Məhkəmə" (alm. Der Process‎), "Qəsr" (alm. Das Schloss‎) və "Milenaya məktublar" (alm. Briefe an Milenas‎) hesab olunur. Onun əsərlərindəki situasiyaları təsvir etmək üçün ingilis dilinə "kafkavari" sözü daxil olmuşdur.

Kafkanın əsərlərinin çoxu onun vəfatından sonra, yazıb qoyduğu vəsiyyətinin əksinə olaraq dostu və yazıçı həmkarı Maks Brod tərəfindən çap etdirilmişdir. Bu əsərlər XX əsr dünya ədəbiyyatına böyük təsir göstərmişdir.

Nabokovun fikrincə Kafkanın yaradıcılığına fransız yazıçısı Flaubertin böyük təsir göstərmişdir. Kafka da öz yazılış stilində dilin gücündən geniş istifadə etmişdir. "O hüquq və təbiət elmləri sahəsində malik oduğu söz ehtiyatından geniş istifadə edərək onlara ironik dəqiqlik vermiş və eyni zamanda öz hisslərini qabarıq şəkildə göstərməmişdir. Eyni stilə Falubertin əsərlərində də rast gəlinir" (Nabokov, Die Kunst des Lesens, Fischer TB, S. 320).

Yaşadığı dövrdə Kafka yazıçı kimi tanınmamışdır. Əgər o yazdıqları mətnləri gizlətmək yox, açıq çap etdirsəydi bunun başqa cür olması sual altındadır. Kafkanın öz yazdıqları əsərlərinə qarşə skepsisi o dərəcədə olmuşdur ki, o ölüm qabağı onun bütün əsərlərinin məhv edilməsini vəsiyyət etmişdir. Kafkanın ölümündən sonra tapılmış məktubda yazılmışdır: Hər şeydən əvvəl mənim yazdıqlarım arasında əsas olanlar Hökm, Çevrilmə, Cəza koloniyası, Kənd həkimi və Ac sənətçi sayılırlar (Baxış kitabının bir neçə nüsxəsi qala bilər, mən heç kimə zəhmət vermək istəmirəm, amma yeni nəşri olmamalıdır). Əgər mən deyirəmsə o 5 kitab və hekayə qalmalıdır, bu odemək deyil ki, mənim arzum var onlar yenidən çap olsun, əksinə, onlar itsələr mənim arzum həyata keçmiş olar. Mən, əgər onlar artıq mövcuddurlarsa, heç kimə onlara sahib olmağa mane olmaq istəmirəm, əgər onların həvəsləri varsa."

Kafkanın ölümündən sonra dostu Maks Brod onun əsərlərini onun vəsiyyətinin əksinə olaraq çap etdirir.

1945-ci ildə Kafkanın əsərlərinin araşdırılması üzrə böyük həvəs hər tərəfi başına götürdüyündən, kitabxanalar bu sahədə yazılan kitablarla doldu. Bu onunla bağlı idi ki, onun mətnləri açıq eyni zamanda kip bir formaya malik idi, başqa sözlə onlar dil, hadisələrin təsviri, reallıq və nisbətən kiçik həcmə malik olmaları sayəsində bir tərəfdən asan başa düşülən, digər tərəfədən onun məna dərinliyi aydın görünsə də onu dərinliyinə qədər hiss etmək hər kəsə nəsib olmurdu. Albert Kamus yazırdı: "Bu bir taledir və yəqin həm də onun Böyüklüyüdür ki, o çox imkanlar açır amma heç birini təsdiq etmir."

Kafkanın yaradıcılığının araşdıran müxtəlif tədqiqatçılar aşağıdakı istiqamətləri göstərirlər: psixoloji, filoloji, bioqrafik, dini və sosiloji. Kafkanın əsərlərini interpretasiya etdikdə ona yəhudi dinin təsiri Qerşom Şolem tərəfindən aparılan tədqiqatlarda araşdırlır və onun daha çox yəhudi ədəbiyyatçısı olması vurğulanır. Bu açıqlamaya münasibət Karl Qrötçinqerin yazdığı "Kafka və Kabbala. Kafkanın əsərlərində və düşncəsində yəhudilik. Berlin-Wien 2003," kitabında geniş mənada verilir. Onun tədqiqatları Kafkanın əsərlərində yəhudi dininin mədəni köklərinin dərin iz salmasını göstərilir. Bunsuz onun əsərləri adekvat başa düşülə bilməz. Bir çox müasir müəlliflər tərəfindən bu fikir qəbul edilməsə də artıq Qröçiqerin fikri bütün dünyada qəbul edilmişdir.

2 comments:

  1. Men kitabi yukluye bilmedim.

    ReplyDelete
  2. Bir daha yoxlayın. Problem həll olundu. PDF yüklə sözünə tıklayın, reklamı keçib yükləyin.

    ReplyDelete

Fikrinizi bildirin:

PDFyukle.com (c) 2015. Powered by Blogger.