Frans Kafkanın "Seçilmiş əsərləri" kitabını yüklə.
Kitabda F. Kafkanın "Qəsr" romanı, "Çevrilmə", "Kənd həkimi", "Akademiya üçün hesabat", "Müğənni Jozefina" və "Balaca qadın" novellaları yer alıb.
Frans Kafka (alm. Franz Kafka; d. 3 iyul 1883, Praqa,
Avstriya-Macarıstan – ö. 3 iyun 1924, Kirlinq, Avstriya) — alman dilli, yəhudi əsilli
yazıçı olmuşdur. Əsas əsərləri roman, roman fraqmentləri (Məhkəmə prosesi, Qəsr
və İtkin düşmüşlər), hekayələr və həmçinin Felise Bauer və Milena Yesenska ilə
apardığı məktub yazışmalarından ibarətdir.
Kafkanın əsərlərinin çoxu onun vəfatından sonra, yazıb
qoyduğu vəsiyyətinin əksinə olaraq dostu və yazıçı həmkarı Maks Brod tərəfindən
çap etdirilmişdir. Bu əsərlər XX əsr dünya ədəbiyyatına böyük təsir göstərmişdir.
Nabokovun fikrincə Kafkanın yaradıcılığına fransız yazıçısı
Flaubertin böyük təsir göstərmişdir. Kafka da öz yazılış stilində dilin gücündən
geniş istifadə etmişdir. "O hüquq və təbiət elmləri sahəsində malik oduğu
söz ehtiyatından geniş istifadə edərək onlara ironik dəqiqlik vermiş və eyni
zamanda öz hisslərini qabarıq şəkildə göstərməmişdir. Eyni stilə Falubertin əsərlərində də rast gəlinir"
(Nabokov, Die Kunst des Lesens, Fischer TB, S. 320).
Yaşadığı dövrdə Kafka yazıçı kimi tanınmamışdır. Əgər o
yazdıqları mətnləri gizlətmək yox, açıq çap etdirsəydi bunun başqa cür olması
sual altındadır. Kafkanın öz yazdıqları əsərlərinə qarşə skepsisi o dərəcədə
olmuşdur ki, o ölüm qabağı onun bütün əsərlərinin məhv edilməsini vəsiyyət
etmişdir. Kafkanın ölümündən sonra tapılmış məktubda yazılmışdır: Hər şeydən əvvəl
mənim yazdıqlarım arasında əsas olanlar Hökm, Çevrilmə, Cəza koloniyası, Kənd həkimi
və Ac sənətçi sayılırlar (Baxış kitabının bir neçə nüsxəsi qala bilər, mən heç
kimə zəhmət vermək istəmirəm, amma yeni nəşri olmamalıdır). Əgər mən deyirəmsə
o 5 kitab və hekayə qalmalıdır, bu odemək deyil ki, mənim arzum var onlar yenidən
çap olsun, əksinə, onlar itsələr mənim arzum həyata keçmiş olar. Mən, əgər
onlar artıq mövcuddurlarsa, heç kimə onlara sahib olmağa mane olmaq istəmirəm, əgər
onların həvəsləri varsa."
Kafkanın ölümündən sonra dostu Maks Brod onun əsərlərini
onun vəsiyyətinin əksinə olaraq çap etdirir.
1945-ci ildə Kafkanın əsərlərinin araşdırılmaıs üzrə böyük həvəs
hər tərəfi başına götürdüyündən, kitabxanalar bu sahədə yazılan kitablarla
doldu. Bu onunla bağlı idi ki, onun mətnləri açıq eyni zamanda kip bir formaya
malik idi, başqa sözlə onlar dil, hadisələrin təsviri, reallıq və nisbətən
kiçik həcmə malik olmaları sayəsində bir tərəfdən asan başa düşülən, digər tərəfədən
onun məna dərinliyi aydın görünsə də onu dərinliyinə qədər hiss etmək hər kəsə
nəsib olmurdu. Albert Kamus yazırdı: " Bu bir taledir və yəqin həm də onun
Böyüklüyüdür ki, o çox imkanlar açır amma heç birini təsdiq etmir."
Kafkanın yaradıcılığının araşdıran müxtəlif tədqiqatçılar
aşağıdakı istiqamətləri göstərirlər: psixoloji, filoloji, bioqrafik, dini və
sosiloji. Kafkanın əsərlərini interpretasiya etdikdə ona yəhudi dinin təsiri
Qerşom Şolem tərəfindən aparılan tədqiqatlarda araşdırlır və onun daha çox yəhudi
ədəbiyyatçısı olması vurğulanır. Bu açıqlamaya münasibət Karl Qrötçinqerin
yazdığı "Kafka və Kabbala. Kafkanın əsərlərində və düşncəsində yəhudilik.
Berlin-Wien 2003," kitabında geniş mənada verilir. Onun tədqiqatları Kafkanın
əsərlərində yəhudi dininin mədəni köklərinin dərin iz salmasını göstərilir.
Bunsuz onun əsərləri adekvat başa düşülə bilməz. Bir çox müasir müəlliflər tərəfindən
bu fikir qəbul edilməsə də artıq Qröçiqerin fikri bütün dünyada qəbul
edilmişdir.
No comments:
Post a Comment