Patrik Züskindin "Ətriyyatçı (Bir qatilin tarixçəsi)" kitabını
PDF yüklə
mənbə: kitabxana.net
PDF yüklə
Patrik
Züskind (alm. Patrick Süskind) - Müasir alman yazıçısı, dramaturqu və
ssenaristi.
Patrik Züskind 26 mart 1949-cı ildə Ambaxtda Ştarnberq gölünün yaxınlığında doğulub.
Holtshausendə böyüyüb və ilk təhsilini orada alıb. Məktəbi bitirib və orduda
xidməti başa vurduqdan sonra bir il "Aix-En-Provonce" leksiyalarında
iştirak edib, öz biliklərini fransız dili və mədəniyyətinin öyrənilməsinə sərf
edib.
Züskind
sonralar ssenarilər yazmaqla pul qazanmağa başlayıb. O, rejissor Helmut Ditl ilə
məşhur "Kir Royal", "Monako Frans" və "Rossini və ya
kim kim ilə yatdı" adlı televiziya filimlərinə ssenari yazıb.
Teatr səhnəsində
Züskind ilk nailiyyətini "Kontrabas"ı yazmaqla qazanıb. Sonra ona
dünya şöhrəti gətirən "Ətriyyatçı" (1985) romanı, "Göyərçin"
(1987) və "Cənab Zommerin tarixi" (1991) novellalarını yazıb.
Hal-hazırda
gizli şəkildə fasilələrlə gah Münhendə, gah Fransada əsasən də Mansardanda
yaşayır. Özünün gizli həyat tərzi ilə əlaqədar müsahibələri, rəsmi görüşləri təxirə
saldığına görə alman mətbuatı onu "əyləncəli alman ədəbiyyatının
kabusu" adlandırır.
2006-cı ildə "Ətriyyatçı" romanı ekranlaşdırılıb.
mənbə: kitabxana.net
Yükləmək olmur((
ReplyDelete"yüklə" sözünə tıklayın, reklam açılacaq, reklamı keçin, sonra yükləmə aəhifəsi açılacaq. Bir daha yoxlayın, zəhmət olmasa.
Delete