Cerom Devid Selincer "Çovdarlıqda uçurumdan qoruyan"
PDF yüklə
Çovdarlıqda uçurumdan qoruyan romanı — amerikalı yazıçı
Cerom Selincer tərəfindən 1951-ci ildə qələmə alınıb. Əsərdə on altı yaşlı
Holden adlı gənc tərəfindən çox açıq şəkildə Amerika həqiqətlərinin kəskin dərk
edilməsindən və müasir cəmiyyətin ümumi qayda və əxlaqının qəbul edilməməsindən
söhbət açılır. Roman, əsasən, cavanlar arasında böyük populyarlıq qazanıb və XX
əsrin ikinci yarısında dünya mədəniyyətinə əhəmiyyətli təsir göstərib.
Selincer “Çovdarlıqda uçurumdan qoruyan” romanı üzərində
doqquz il işləyib. Müəllifin 1951-ci ildə yazılmış yeganə romanı
"Çovdarlıqda uçurumdan qoruyan" olub. Əsər dünyada qısa müddətdə 60
milyon nüsxə ilə satılıb.
Romanda əsas qəhrəman yeniyetmə Holdenin dili ilə müəllif öz
dövrünün Amerikasında, geniş mənada bütün dünyada gedən proseslərə öz fikrini
bildirir. Əsərdə açıq formada XX əsrin ortalarındakı amerikan həqiqətlərinin kəskin
tənqidi, insanların ikiüzlülüyü, dinin lazımsız steorotipləri tənqid olunur.
Maraqlı olan da budur ki, müəllif bütün bunları 16 yaşlı bir yeniyetmənin
dilində mükəmməlliklə ifadə edə bilir. Əsərdə istifadə olunan geniş vulqarizmə,
insanlardakı "mənfi" təsirinə görə əsər uzun müddət qadağan edilməsinə
baxmayaraq, dünyada ən çox oxunan kitablardan biri ola bilmişdir. Roman nəşr
edildiyi gündən əksər amerikan gənclərinin sevimli kitabına çevrilmişdir. Hətta
əsərin təsirindən intihar edən bir neçə gəncə belə rast gəlinmişdir. ABŞ
Prezidenti Ronald Reyqana sui-qəsd etmiş Con Hinklin sui-qəsddən əvvəl bu
romanı oxumuşdur. Con
Lennonnun qatili Mark Çepmenin də üzərindən Devid Selincerin bu romanı
tapılmışdır.
Hadisələr
1940-cı illərin sonu-1950-ci illərin əvvəllərində baş verir. Kitab da elə bu ərəfədə
yazılmışdır. Holdenin qardaşı Ellinin ölüm tarixi 18 iyul 1946-cı il olaraq
göstərilir və həmin vaxt Holdenin 13 yaşı vardır. Kitabın sonunda hadisələr
1950-ci ilin yayında baş verir. Əgər Milad bayramının bazar günü olduğunu
ehtimal etsək, hadisələrin böyük qisminin dekabrın 18-19-u olduğu ortaya çıxır.
- Holden Kolfild: Hekayəni danışan yeniyetmə oğlan. 17 yaşındadır.
- Fibi Kolfild: Holdenin kiçik bacısı. Bəzən Fibi də Holdenə hirslənir, ancaq Holden bacısının hələ də məsumiyyətini itirmədiyinə görə onu heç vaxt günahlandırmır və çox sevir.
- Elli Kolfild: Holdenin ölən qardaşıdır. Leykamiyadan ölmüşdür. Onun ölümü Holdenin yaşadığı vəhşi yeniyetməlik dövrünə təkan verən önəmli amillərdəndir.
- Robert Ekli: Kolfildin dostudur. Sızanaqlı üzü var və xarakter cəhətdən də qıcıqlandırıcı tipə malikdir.
- Ceyn Gallager: Kitabda heç yerdə görünmür. Ancaq o, Holdenin həqiqətən varlığını hiss etdiyi tək-tük insanlardandır.
- Stredleyter: Holdenin yaraşıqlı otaq yoldaşıdır.
- Cənab Spenser: Holdenin Pensi məktəbindəki tarix müəllimidir.
No comments:
Post a Comment
Fikrinizi bildirin: