Hansı kitabı yükləmək olmursa, həmin kitaba şərh yazaraq bizə bildirin.

Sponsor linki

Ürəkbulanma. Jan Pol Sartr (PDF yüklə)

Jan Pol Sartrın "Ürəkbulanma" kitabını PDF yüklə.


Jan-Pol Sartr (fr. Jean-Paul Charles Aymard Sartre) - XX əsr fransız filosofu, yazıçı və dramaturq, ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biri, 1964-cü il Ədəbiyyat üzrə Nobel mükafatına ("zəmanəmizə mühüm təsir göstərən ideyalarla zəngin, azadlıq ruhu və yaradıcılıq həqiqəti axtarışları ilə aşılanmış əsərlərinə görə") layiq görülsə də, bundan imtina etmişdir.

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

“Ürəkbulanma” (fr. La Nausèe, ilk adı Melanxoliya) — Jan Pol Sartrın ilk əsəri (Tərcüməçi: Gülər Qasımova). Bu əsəri o Havrda dərs dediyi vaxtlarda yazıb. Ürəkbulanma yazıçının dilimizə tərcümə olunmuş ilk əsəridir.

Jan – Pol Sartrın həyatından, əsərlərindən, nəzəri və fəlsəfi işlərindən, siyasi fəaliyyətindən xəbəri olan hər kəs başa düşür ki, bu heç də təsadüfi deyil.

Sartr bütün dünyaya özünü 1938 – ci ildə bu kitabla tanıdıb. “Ürəkbulanma” əsəri Sartrın bundan sonrakı bütün əsərlərinə öz “xüsusi” təsirini göstərib.

Müəllifin qaldırdığı mövzular movcudluq fəlsəfəsi üçün xarakterikdir: İnsan taleyi, xaos, qorxu hissi, ümidsizlik, çarəsizlik.

Əsər XX əsrin 60 – cı illərində tələbə hərəkatlarının, demokratik və maoist hərəkatların həm iştirakçısı, həm də simvolu olub.

Roman oxucuya Rokentenin gündəliyi şəklində təqdim olunur. Gündəliyin məqsədi - əsl mahiyyəti axtarıb tapmaqdır. Vaxtaşırı qəhrəmanda ürəkbulanma olur. Daha dəqiq desək, “Ürəkbulanma” Rokentenin dünyanı anidən dərk etməsi ilə müşahidə olunan hisslərinin kəskinləşməsidir. Rokentenin başına gəlmiş hansısa bir iş onu narahat edir və səbəbin tapmağa çalışır. Vaxtaşırı qəhrəmanda ürəkbulanma olur. Ürəkbulanma Rokentenin dünyanı anidən dərk etməsi ilə birgə müşahidə olunan hisslərinin kəskinləşməsidir. O, ilk dəfə yerdə gördüyü daş parçasını götürmək istəyəndə, bunu bacarmadığını başa düşür. Və elə bu anda da o, mövcudluğun absurdluğuna qarşı “ürəkbulanma“ hiss etməyə başlayır.

M.A.Kisselin romanı oxuduqdan sonra gəldiyi nəticə: “Həqiqət insandan azadlıq uğrunda hərəkət tələb edir. Öz ağlının və iradəsinin gücü ilə “azadlıq proyektini” yalnız o gerçəkləşdirə bilər”.

No comments:

Post a Comment

Fikrinizi bildirin:

PDFyukle.com (c) 2015. Powered by Blogger.