11 Sep 2016

Şanssız. Rövşən Yerfi (PDF yüklə)

Şanssız. Rövşən Yerfi
Şanssız. Rövşən Yerfi 
Rövşən Yerfinin "Şanssız" kitabını yüklə.

Rövşən Yerfi (Rövşən Həsənli Həsənbaba oğlu) 1965-ci ilin aprelin 20-də Quba rayonunun Yerfi kəndində anadan olmuşdur.

Müqəssir. Rövşən Yerfi (PDF yüklə) - yeni kitab

1986-1992-ci illərdə Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq-biblioqrafiya fakültəsində ali təhsil almışdır, eyni zamanda 1989-cu ildə ictimai müxbir kursunu bitirmişdir. 1990-cı ildən mətbuat sahəsində, 1991-1995-ci illərdə Səhiyyə Nazirliyinin orqanı olan “Şəfqət” qəzetində (indiki “Tibb qəzeti”) ilk məsul katib işləmişdir. 

Həmin dövrdə həm də bir il (1993-94) “Millət” qəzetində məsul katib müavini işində çalışmışdır. 1995-2012-ci illərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin zabit əməkdaşı olmuş, yeddi müxtəlif rejimli cəzaçəkmə müəssisələrində böyük inspektor vəzifəsində xidmət etmişdir. İstefada olan ədliyyə mayorudur.

2014-2015-ci illərdə kitab redaktorluğu işi ilə məşğul olmuş, altımışadək kitabın nəşrində (redaktə, korrektə, mətn tərtibatı) iştirak etmişdir.

1993-cü ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul edilib. 2006-cı ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Respublika mətbuatında ilk məqaləsini 1988-ci ildə “Bakı” qəzetində yazıb.

Yeniyetmə çağlarından şeir və mənsur şeirlər yazaraq yaradıcılıqla məşğul olsa da, əsasən 1987-ci ildən “May çiçəyi” hekayəsi ilə fəal nasir fəaliyyətinə başlamış, müntəzəm ədəbi tədbirlərdə iştirak etmişdir. Mətbuatda ilk hekayəsi 1989-cu ildə dərc olunub. Həmin il “Debüt-89” respublika ədəbi yaradıcılıq müsabiqəsinin nəsr üzrə qalibi olub.

2003-cü ildən Rövşən Həsənli imzasını Rövşən Yerfi ilə əvəzləmişdir. 2004-cü ildə “Üzdəniraq ada” adlı ilk kitabı işıq üzü görüb. 2008-ci ildə “Qadın düşərgəsi” povesti “Kitab Klubu”nun həyata keçirdiyi “Sınaq nüsxəsi” layihəsində bəyənilmişdir. 2009-cu ildə “Residivist”, 2010-cu ildə “Qadın düşərgəsi” və “Günahsız qatil”, 2012-ci ildə “Üzdəniraq ada” (təkrar nəşr), 2013-cü ildə “Penitensiar lövhələr”, 2014-cü ildə “Lənətə gələnlər” və “Şanssız”, 2015-ci ildə “Qazamat sanitarları” adlı kitabları (10 kitab) çap edilmişdir. Dörd kitabın redaktorudur. 

Bir roman, bir pyes, doqquz povest, qırx doqquz hekayə, qırx yeddi kiçik esse, əlliyədək digər ədəbi nümunələrin (xatirə, mənsur şeir, şeir), yüz iyirmidən artıq ədəbi publisist yazıların və sair məqalələrin müəllifidir.

Əsərləri Azadliq.org saytının on-line Azərbaycan ədəbiyyatı kitabxanasında, on kitabı Kitabxana.net başda olmaqla çox sayda müxtəlif saytlarda, o cümlədən yeddisi Milli Kitabxana-İnformasiya Mərkəzinin elektron kitabxanasında yayımlanır. “Lənətə gələnlər” əsəri isə Android mobil siteminə yerləşdirilib.

No comments:

Haqqımızda

Pulsuz PDF formatında elektron kitab yükləmə saytı. E-kitabların heç biri satış üçün deyil, hər kəs yükləyib oxuya bilər. E-kitablar müxtəlif internet saytlarından (kitabxana.net, e-book.az, ebooks.az, 1001kitab.az) və şəxsi arxivlərdən yığılıb. Kitablar və müəlliflər haqqında məlumat üçün wikipedia və digər saytlardan istifadə olunmuşdur.


Siz də pdf formatında e-kitab göndərməklə elektron kitabxananı zənginləşdirə bilərsiniz. Bunun üçün pdf fayldan əlavə, saytdakı digər e-kitablar kimi üz qapağı və kitab haqqında ən azı 300 sözlük məlumat da lazımdır. Yeniliklər üçün Facebook səhifəmizi bəyənə bilərsiz.


Kitablar haqqında fikirlərinizi şərh yazmağı unutmayın :)



Şərhlər

Bizimlə əlaqə

Name

Email *

Message *