Hansı kitabı yükləmək olmursa, həmin kitaba şərh yazaraq bizə bildirin.

Sponsor linki

Qadınlar. Çarlz Bukovski (PDF yüklə)



Çarlz Bukovskinin "Qadınlar" kitabı
PDF yüklə


Çarlz Bukovski (əsl adı: Heinrich Karl Bukowski; d. 16 avqust 1920 – ö. 9 mart 1994) — Amerikalı yazıçı və şair.

Əsərlərində bəzən Henri Çinaski adını da istifadə etmişdir. Həyatının çoxunu ABŞ-ın Los Anceles şəhərində keçirmişdir.

Əsərlərində ümumiyyətlə cəmiyyət xarici insanları və depressiyasini mövzu götürməsi və alkoqolizmə yaxın bir həyat tərzini izah etməsiylə məşhurdur. Bunun səbəbi olaraq özünün bu həyatı yaşaması göstərilə bilər. Bukovskinin yazılarında öz həyatını yazıb yazmadığı müzakirə mövzusu olmuşdur pərəstişkarlarının bir qisimi bunları hazırladığını, əksəriyyəti isə yaşamadan bu tip fantastikaları etməsinin mümkün olmayacağını və o xarakterdə bir insanın bu həyatı yasamaginin onsuz da təbii olduğu fikirini müdafiə etməkdədir.

Çarlz Bukovski - "Qadınlar" romanının məzmunu - OXU 

"Qadınlar" haqqında romanı


Çarlz Bukovskinin “Qadınlar” romanı azərbaycan dilinə çevirilən ilk kitabıdır. Kitabı dilimizə Ramil Rahiboğlu çevirib. Kitabın baş qəhrəmanı 55 yaşlı, yazıçı, əyyaş, özünün də daim vurğuladığı iyrənc, sallaq qarnı olan, necə gəldi geyinən və qadınlarla yaxşı davranmayan bir kişidir (hətta qoca da adlandırmaq olar). Qəribə olsa da onun həyatında olan qadınlar.

Əlbəttə kitab hər kəsin zövqünə cavab vermir. Sadə dildə yazılıb, bəzi yerləri isə demək olar, sadəcə küçə dilindədir. Əsas qəhrəman Henri Çinaski, Bukovskinin bütün romanlarında baş qəhrəmandır və islaholunmaz əxlaqsızlığına baxmayaraq, oxucuların marağını çəkir. Romandakı saysız-hesabsız yataq səhnələri ilk başda maraqlı gəlir, lakin kitabın üçdə ikisini oxuduqdan sonra görürsən ki, artıq yüzüncü dəfədir ki, bənzər səhnəni oxuyursan. Çinaski yaxşıca içir, şeir oxusu gecəsinə gedir, çıxış edir, sonra yenə içir, özündən xeyli gənc bir qız bişirir, evə gətirir sevişirlər. Daha sonra həmin qızla birlikdə yaşamağa başlayırlar, sonra yenisi çıxır, köhnəsi ilə yenisi arasında davalar olur, kitab bu xətlə axıra kimi davam edir. Lakin, oxu zamanı bir müddət ruh darıxdırıcı səhnələrdən sonra, yenidən maraqlı səhnələr gəlir. Ümumiyyətlə qadınlara görə Çinaskinin başına gəlməyən şey qalmır. Döyülür, meşədə itir, qarət olunur, maşını zədələnir, dəfələrlə həyat düzəni alt-üst olur.

Bukovskinin amansız və çirkin realizmi mənim üçün etalona çevirilib. Bu yazıçı sizə heç nəyi sübut etməyə çalışmayacaq, o özü heç yazılarını kiminsə oxumağını belə istəmir. Lakin, o kiminsə kitabda özünə aid sətirləri tapacağına inanır. Mən şəxsən Bukovskinin ağır zir-zibilin içində itib-batmışgündəlik yaşayışımızın incə lirikasını duyub qələmə almasını sevirəm. Adətən biz dahilik xəstəliyinə tutulmuş müəlliflərin, xaricdən gözəl və ağıllı görünən, məna yüklü cəfəngiyyatlarını oxuyuruq, lakin həyatın dibinə düşmüş, vecsiz, əxlaqsız bir müəllifin “pis” əsərini də oxumaq lazımdır. Bukovski bu cür “pis” yazıların ustasıdır. “Qadınlar” romanı bunu təsdiq edir.

Namiq Hüseynli


Həyatı

Birinci dünya müharibəsi'nin sonlarında Almaniyaya herbi xidmət səbəbiylə gələn Polşa əslli Amerikan bir atanın və dərziliklə məşğul olan Alman bir ananın uşağı olan Çarlz Bukovski 1920-ci ildə Andernach, Almaniyada doğuldu. 2 yaşındaykən Los Ancelesə köçdülər. 1929 Böhranı əsnasında Bukovskinin atası ümumiyyətlə işsiz idi və Bukovskiyə şiddət tətbiq edirdi. Uşaqlığında ümumiyyətlə səssiz və bu səbəblə diqqət çəkən yazici bəzən deli olmaq nöqtəsinə gəlir özündən heç gözlənilməz qoçuluqlar edirdi. İbtidai məktəb illərindəndən etibarən qorxusuz olan Bukovski öz yazdığı bir əsərində ibtidai məktəb müəlliminə "sevişək" dediyini söyləməkdədir. Daha o zamandan necə biri olacağı dəqiqlik qazanan Bukovski, Los Angeles Liseyindən məzun olduqdan sonra sənət, jurnalistika və ədəbiyyat dərsləri alırdı. Los Angeles Şəhər Universitetində 1 il oxudu. Yazmağa başladığı gündən etibarən yazılarını nümayiş olunması üçün jurnallara göndərən Bukovskinin yazıları həmişə geri göndərilmişdir. Ancaq 24 yaşındaykən "Aftermath of a Lenghty Rejection Slip" adlı qısa əhvalatı nümayiş olundu. İki il sonra bir başqa qısa əhvalatı olan "20 Tanks From Kasseldown" adlı əsəri nümayiş olundu. Bukovski nəşriyyat üsulunlarından xəyal qırıqlığına uğradı və haradasa 10 illiyinə yazmağı buraxdı. Həyatının bu hissəsini ABŞı gəzərək, müxtəlif işlərdə ümumiyyətlə qısa vədəli işlərdə çalışaraq və ucuz pansionlarda yerləşərək keçirdi. Həyatının digər hissələrində olduğundan daha sıx bir temp ilə aclıq ilə boğuşan və qadınlarla zaman keçirən Bukovski daha sonra bu illərini Factotum adlı kitabında da izah etmişdir. Bu dövrdə ki işlərinin qısa vədəli olmasının səbəbi də nizam tanımaz şəxsiyyəti və spirt asılılığından idi. Bukovski atasına olan nifrətini onun əksinə bir həyat yaşayaraq göstərmiş və bir yazısında da buna görə bir heç olmağı seçdiyini söyləmişdir. O atasının əksinə olduğu kimi görünən və bir şey olmamağı hədəfliyən biri olaraq qazandığı pula əhəmiyyət vermir və barlarda günü birlik bir həyat sürürdü. Zəngin amerikalı qadınlarla əlaqəyə girdiyi dövrlərdə onlara kobud davransada, təsir edir onların evlərində yaşamağa başlayır amma heç cür o həyata adaptasiya ola bilməyərək köhnə həyatına geri dönürdü ki 1969da da bunu aç qalmağı seçdiyini söyləyərək isbat etmiş olur sanki. Ayrıca ömürünün çoxu deyilə bilinəcək qədər qisimini də hippodromlarda keçirmiş və bundan yazılarında tez-tez bəhs etmişdir. 1950-ci illerin evvellerinde Bukovski, iki ildən az bir müddət ABŞ Məktub İdarəsində məktub küryəsi olaraq işlədi. 1955də ölümün ucundan döndüyü spirt komasından ötəri xəstəxanaya götürüldü. Xəstəxanadan buraxıldıqdan sonra bir cap masini satın aldı və şeir yazmağa başladı.1957də Barbara Fry ilə evləndi lakin 1959da boşandılar. Bukovski, şeir yazmağa və içki içməyə davam etdi və sonra Los Angelesdəki post mərkəzinə geri döndü. 1965də heç evlənmədiyi Francis Smithdən bir qızı oldu. 1969da Black Sparrow Nəşriyyatdan ömür boyu 100 dollar maaş təklifini aldığı üçün post mərkəzindən ayrıldı. Bir məktubunda belə bir şərhi vardı "İki variantdan birini seçmək məcburiyyətindəydim: Məktub ofisində qalıb havalanmaq ya da yazmağa oynayıb aclıqdan ölmək. Mən aç qalmağı seçdim." Məktub ofisini buraxalı bir ay olmayalı Bukovski Post ofisi adındakı ilk romanını bitirdi. 1976da Bukovski, Linda Lee Beighle ilə tanış oldu. İki il sonra birlikdə Los Angelesdə bir liman şəhəri olan San Pedroya köçdülər. Bukovski və Beighle 1985də evləndilər.

Bukowski, Pulp romanını hələ bitirdikdən sonra 9 Mart 1994də 73 yaşındaykən onurğa iliyidən yayılan lösəm səbəbiylə San Pedro, Kaliforniyada öldü. Ölüm mərasimi budist rahiblər tərəfindən idarə olundu.

Bu tip bir həyat yaşadığı üçün bir çox dəfə həbs olunmuş, döyülmüş hətta bəzi kitablarında adam öldürdüyünü də söyləmiş olan Bukovski həyatı, xüsusi dili və tərzi ilə Amerikan ədəbiyyatına damğasını vurmuşdur.

Əsərləri

Bukowskinin şeir və əhvalatlarından ibarət olan cəmi 45 kitab var.

Qadınlarda.
İsti su musiqisi.
Bir tək mənəmmi belə yaşayan.
Dünyəvi şeirlərin son gecəsi (2 cilt).
Bağlı bir qapıdır cəhənnəm.
Gülün kölgəsində.
Post ofisi (roman).
Murdar qocanın qeydləri.
Sevimli bir eşq hekayəsi.
Sıravi dəlilik əhvalatları.
Özümüzdə açdığımız yaralar.
Sərxoş Çal Pianonu, vurmalı çalğı kimi, barmaqlar bir az qanamağa başlayana qədər.
Pansion Mənzumələri.
Gecə çılğın ayaq səsləriylə yırtıldı.
Ölülər belə sevər.
Shakespeare bunu əsla etməzdi.
Günəşə uzan.
Ən qısa andır möcüzə.
Günəş işdə burdayam.
Kimsə bilməz nə çəkdiyimi.
Kapitan yeməyə çıxdı və tayfalar gəmini ələ keçirdi.
Pulp.
Factotum.
Bar Kəpənəyi.
Çörək arası.
İtirənin qabaqda gedəni.
Mənə eşqini gətir.
Ən yaxşı adamlar yalnızkən güclüdür.
Hollywood.

1 comment:

  1. Anonymous26/7/23 22:37

    Yukləyə bilmirəm nece köməg edə bilərsiz

    ReplyDelete

Fikrinizi bildirin:

PDFyukle.com (c) 2015. Powered by Blogger.