2 Sep 2015

Seçilmiş əsərləri. Çingiz Aytmatov (PDF yüklə)

Çingiz Aytmatovun "Seçilmiş əsərləri" kitabını yüklə.

Çingiz Torekuloviç Aytmatov (Чыңгыз Төрөкулович Айтматов; 12 dekabr 1928, Şəkər kəndi, Qırğızıstan — 10 iyun 2008, Nürnberq, Almaniya) — qırğız və rus dillərində yazmış böyük qırğız yazıçısıdır.

Çingiz Aytmatovun atası, Torekul Aytmatov, görkəmli dövlət xadimi idi, lakin 1937-ci ildə həbs olunmuş, 1938-ci ildə isə güllələnmişdir. Milliyətcə tatar olan anası Nagima Aytmatova yerli teatrda aktrisa idi.

8-ci sinifi bitirdikdən sonra Çingiz Aytmatov Cambul zootexnikumuna daxil olmuş, həmin təhsil ocağını əla qiymətlərlə bitirmişdi. 1948-1953-cü illərində Aytmatov Bişkəkdəki Kənd Təsərrüfatı universitetində təhsil alıb. 1952-ci ildə dövri mətbuatda onun qırğız dilindəki ilk əsərləri çap olunmağa başladı. Ali təhsil aldıqdan sonra o, 3 il ərzində Qırğız SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda çalışıb. 

Aytmatovun Moskvadakı Ali ədəbiyyat kursuna yazılması yalnız 1956-cı ildə, atasının bəraət almasından sonra mümkün oldu. Kursu bitirdiyi ildə "Oktyabr" jurnalında onun qırğız dilindəki "Üz-üzə" hekayəsinin rus dilinə tərcüməsi dərc olunub. Həmin il "Yeni dünya" jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya söhrəti qazandıran "Cəmilə" povesti işıq üzü görüb.

1990—1994 illərində Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb. 2008-ci ilin martınadək Qırğızıstanın Fransada, Belçika, Lüksemburq və Niderlanddakı səfiri olub.

2006-cı ildə "İlin avtoqrafı" kitabının buraxılışında iştirak edib.

Çingiz Aytmatov SSRİ Ali Sovetinin deputatı, Qırğızıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqının katibliyinin üzvü, Asiya və Afrika ölkələri ilə Sovet həmrəylik komitəsinin rəhbərlərindən biri, "Xarici ədəbiyyat" jurnalının baş redaktoru, "İssıqqul forumu" adlı beynəlxalq intellektual hərəkatın təşəbbüskarı idi.

10 iyun 2008-ci il tarixində müalicə keçdiyi Almaniyanın Nürnberq şəhərində yerləşən klinikada vəfat edib.

Kitab haqqında

Müasir dünyanın görkəmli söz ustalarından biri, məşhur qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığı dərin milli köklərə malik olduğu kimi, həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir.

Yazıçının “Şərq-Qərb” Nəşriyyat Evində nəşr olunan “Seçilmiş əsərləri”ndə “Gün var, əsrə bərabər” romanı ilə yanaşı, “Əlvida, Gülsarı”, “Cəmilə”, “Ağ liman” povestləri də yer almışdır.

Müasir dünya ədəbiyyatı seriyasına daxil olan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

No comments:

Haqqımızda

Pulsuz PDF formatında elektron kitab yükləmə saytı. E-kitabların heç biri satış üçün deyil, hər kəs yükləyib oxuya bilər. E-kitablar müxtəlif internet saytlarından (kitabxana.net, e-book.az, ebooks.az, 1001kitab.az) və şəxsi arxivlərdən yığılıb. Kitablar və müəlliflər haqqında məlumat üçün wikipedia və digər saytlardan istifadə olunmuşdur.


Siz də pdf formatında e-kitab göndərməklə elektron kitabxananı zənginləşdirə bilərsiniz. Bunun üçün pdf fayldan əlavə, saytdakı digər e-kitablar kimi üz qapağı və kitab haqqında ən azı 300 sözlük məlumat da lazımdır. Yeniliklər üçün Facebook səhifəmizi bəyənə bilərsiz.


Kitablar haqqında fikirlərinizi şərh yazmağı unutmayın :)



Şərhlər

Bizimlə əlaqə

Name

Email *

Message *