3 Aug 2015

Varis Yolçuyevin kitabları (PDF yüklə)

Varis Yolçuyevin kitablarını yüklə:

Nə səninlə, nə də sənsiz - yüklə

Bir ovuc torpaq - yüklə

Əzilmiş fotoşəkillər - yüklə

Sənə inanıram - yüklə

Sevgi üçbucağı - yüklə

Sonuncu ölən ümidlərdir - yüklə

Yetmiş yeddinci gün - yüklə


Varis Yolçuyev 7 iyun 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

1991-ci ildə "168 saat" qəzetinə baş redaktorluq, 1993-cü ildə "7 gün" qəzetinə redaktorluq edib. 1995-ci ildə Azərbaycan Dövlət Televiziyasının "Gecə kanalı" proqramının yaradıcılarından olub.

2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Azərbaycan" nəşriyyatına baş redaktor təyin edilib. 2007-ci ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də (AzTV) Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru təyin edilib. O, həmçinin Azərbaycanda ilk "TV plyus" milli teleradio jurnalının baş redaktorudur.

Azərbaycanda və xarici ölkə mətbuatlarında yüzlərlə məqaləsi çıxıb, 2001-2005-ci illərdə dalbadal 5 dəfə müxtəlif beynəlxalq qurumlar tərəfindən ("European Market Research Center", "Editorial Ofice" və s.) media mükafatlarına layiq görülüb. Müxtəlif illərdə "Dan ulduzu" ali jurnalistika mükafatına, "İlin ən yaxşı redaktoru" adına layiq görülüb. 18 kitabın ("Əsl insan haqqında", "Azərbaycan prezidenti", "Azərbaycan gəncliyi - Azərbaycanın gələcəyi" və s.) redaktoru olub. Xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə ilk hekayələri "Ulduz" jurnalında dərc edilib. 1990-cı illərdən başlayaraq isə onun ədəbi mətbuatda digər hekayələri ("Bir ovuc torpaq", "Tənha yalquzağın nağılı", "Əbədi məhəbbət dastanı", "Səhər heç vaxt açılmayacaq", "Sənə inanıram", "Yol ayrıcında azıb qalanlar") işıq üzü görüb. İlk bədii kitabı ("Sonuncu ölən ümidlərdir") 2008-ci ilin noyabrında çap olunub. 2009-cu ildə yazıçının "Bir ovuc torpaq", 2010-cu ildə "Sənə inanıram", 2011-ci ildə "Yetmiş yeddinci gün" adlı növbəti kitabları işıq üzü görüb.

1 comment:

Tubu Esgerova said...

"Sonuncu ölən ümidlərdir" in davamı olan "Son məktub" kitabını yerləşdireceksiniz?

Haqqımızda

Pulsuz PDF formatında elektron kitab yükləmə saytı. E-kitabların heç biri satış üçün deyil, hər kəs yükləyib oxuya bilər. E-kitablar müxtəlif internet saytlarından (kitabxana.net, e-book.az, ebooks.az, 1001kitab.az) və şəxsi arxivlərdən yığılıb. Kitablar və müəlliflər haqqında məlumat üçün wikipedia və digər saytlardan istifadə olunmuşdur.


Siz də pdf formatında e-kitab göndərməklə elektron kitabxananı zənginləşdirə bilərsiniz. Bunun üçün pdf fayldan əlavə, saytdakı digər e-kitablar kimi üz qapağı və kitab haqqında ən azı 300 sözlük məlumat da lazımdır. Yeniliklər üçün Facebook səhifəmizi bəyənə bilərsiz.


Kitablar haqqında fikirlərinizi şərh yazmağı unutmayın :)



Şərhlər

Bizimlə əlaqə

Name

Email *

Message *