Con Steynbekin "Siçanlar və adamlar" kitabını yüklə.
Con Steynbek (27 fevral 1902 – 20 dekabr 1968) — Amerika yazıçısı, XX əsr Amerika ədəbiyyatının ən məşhur və sevilən yazıçılarından biri. 1962-ci ildə "Həyəcanlarımızın qışı" (1961) və "Çarli ilə səyahət" (1962) adlı əsərlərinə görə ədəbiyyatda Nobel mükafatına layiq görülmüşdür. Con Steynbek bu ali mükafata layiq görülmüş altıncı Amerika yazıçısıdır.
XX əsr Amerika ədəbi mühitini ən çox məşğul edən "Amerika həyat tərzi" və "Orta amerikalı" konsepsiyaları Con Steynbekin əsərlərindəki əsas xəttdir. Siyasət, Bank – pul, kəndli-fermer münasibətləri, miqrasiya, etnik diversiyaçılıqdan yaranan sosial problemlər onun əsərlərində öz bədii təsvirini tapmışdır.
"Siçanlar və adamlar" (ingiliscə “Of Mice and Men”) – Nobel mükafatçısı Con Steynbekin 1937-ci ildə çap olunmuş əsəridir. Əsərdə Kaliforniyada Böyük depressiya vaxtı fəhlə kimi işləyən iki insanın – Corc Milton və Lenni Smolun faciəvi həyatından, arzu, günah və mərhəmət kimi anlayışlardan bəhs edilir. Kitab 1920-ci ildə kənd təsərrüfatı ilə məşğul olan Steynbekin şəxsi təcrübəsinə əsaslanıb. Əsərin adı Robert Börnsin şeirindən götürülüb: “kotanımdan yuvası xaraba qalmış siçana” (ingiliscə “To A Mouse, on Turning Her Up in Her Nest, with the Plough”)
“Siçanlar və insanlar haqqında” romanında müəllif fərdin öz arzusunu həyata keçirmək cəhdlərini təsvir edir. Oxucular tərəfindən müsbət qarşılanmış əsərin qəhrəmanları Corcla Lenninin arzularının puç olması minlərcə sadə insan qəlbinə təsir göstərdi.
Əsərdə maraqlı məqamlardan biri də budur ki, artıq gəncliyini bu fermer təsərrüfatında işləyərək keçirmiş, hətta burada bir qolunu itirərək əlil olmuş qoca Qandinin, Corc və Lenni ilə razılaşaraq birlikdə torpaq sahəsi almaq həvəsi heç də gənclərin arzu və istəyindən az deyil. Qeyd etmək lazımdır ki, bu cür ev-eşik, torpaq sahəsi almaq, evlənmək və s. söhbətlər hər adamla aparılmır.
Sicanlar ve adamlar kitabini yuklemek isteyirem
ReplyDeletesicanlar ve adamlar kitabinin pdfni yuklemek isteyirem
DeletePdfni yükləmək istəyirəm
DeleteSicanlar ve adamlar kitabini yüklemek isteyirem
ReplyDeletepdf yuklemek isdeyirem
ReplyDeleteQeşeydi
ReplyDeleteKitabı yüklemek isteyirrm
ReplyDeleteBu kitabı yükləmək isteyirem
ReplyDeleteBu kitabi yuklemek isteyirem
ReplyDelete