Hansı kitabı yükləmək olmursa, həmin kitaba şərh yazaraq bizə bildirin.

Sponsor linki

Kilsə xidmətçisi. Somerset Moem (PDF yüklə)

Somerset Moemin "Kilsə xidmətçisi" kitabını yüklə.

Uilyam Somerset Moem (ing. William Somerset Maugham [ˈsʌməsɪt mɔːm]; 25 yanvar, 1874- 15 dekabr 1965) — İngiltərə yazıçısı.

Uilyam Somerset Moem 1874-cü il yanvarın 25-də Parisdə anadan olub. Bu zaman onun atası Fransada Böyük Britaniya səfirliyində hüquqşünas işləyirid. Buna görə də valideynləri Uilyamın doğum mərasimini səfirliyin ərazisində həyata keçirirlər. Məhz buna görə də yazıçının Böyük Britaniya ərazisində anadan olduğu iddia edilir.

Moyem uşaqlıqda fransızca danışıb, ingilis dilini yalnız 11 yaşından sonra öyrənib. 1882-ci ilin fevralında anası dünyasını dəyişir, 1884-cü ildə isə atası xərçəng xəstəliyindən ölür. Beləliklə, Moem hələ erkən yaşlarından yetim qalır və Kent qraflığında yaşayan qohumlarının yanına göndərilir. İngiltərəyə gələn Uilyamın dili topuq vurmağa başlayır və bu şikəstlik ömrünün sonuna kimi onu müşaiyət edir. Beləliklə, Moyem əmisi Henri Moyemin evində tərbiyə alır, Kanterberidəki Kraliça məktəbinə gedir. Sonra Heydelberq Universitetində ədəbiyyat və fəlsəfəni öyrənir. Daha sonra isə London Tibb Məktəbinə daxil olur,bilik və həyat təcrübəsi qazanır.

O, 1897-ci ildə ilk romanını yazır (“Lambetli Liza” - Liza of Lambeth,), daha sonra yazdığı “Ledi Frederik” romanı ona şöhrət gətirir.

Moem Birinci Dünya müharibəsi zamanı Britaniya kəşfiyyat idarəsi ilə əməkdaşlıq edir və kəşfiyyatçı kimi Rusiyaya göndərilir. Sonralar Moem bu barədə bir kitab da yazır.(“Eşenden, yaxud Britaniya agenti”, Ashenden, or the British Agent, 1928).Bu əsərdən başqa Moem kəşfiyyatçılıq fəaliyyəti haqqında "Tüksüz Meksikalı" adlı novellasında işar edir. Müharibədən sonra Moem dramaturq kimi tanınır, onun bir neçə pyesi tamaşaya qoyulur.

1919-cu ildə Moemi Çinə göndərirlər, daha sonra isə Malayziyada hərbi attaşe kimi işləyir, roman və hekayələri üçün çoxlu material və fakt toplayır.

Moemin “Dövrə” (The Circle, 1921), “Sədaqətli arvad” (The Constant Wife, 1927), “Teatr” (The Theater), “Şeppi”(Sheppi), “İti ülgüclər” (The Razor's Edge), “Ay və Qəpik” (The Moon and Sixpence) və s. əsərləri bir çox dillərə tərcümə olunmuşdur.

Yazıçı 1965-ci il dekabrın 15-də Fransanın Nitse şəhərindəki xəstəxanada sətəlcəmdən vəfat edir;lakin fransız qanunlarına görə meyit yarılmalı idi və buna görə də onun cəsədini bir gün sonra evinə, Fransız şəhəri olan Sen Jan Kap Ferradakı villasına aparırlar. Ertəsi gün, ayın 16-da isə ölüm xəbərini yayırlar. Dekabrın 22-də Moyemin nəşi İngiltərədəki Kanterberiyə gətirilir və burada Kraliça məktəbi nəzdindəki Kitabxana divarına hörülür.

2 comments:

  1. Replies
    1. Məlumat üçün təşəkkür. Problemi həll etdik, hazırda mobil versiyada da yükləmək mümkündü.

      Delete

Fikrinizi bildirin:

PDFyukle.com (c) 2015. Powered by Blogger.