25 Apr 2015

Səfillər. Viktor Hüqo (PDF yüklə)

Viktor Hüqonun "Səfillər" kitabını yüklə

Səfillər (fr. Les Misérables) — yazıçı Viktor Hüqonun 1892-ci ildə nəşr olunmuş və XIX əsrin ən mükəmməl nəsri hesab edilən fransız romanıdır. Romanda XIX əsrin əvvəllərində on yeddi il ərzində (1815-ci ildən başlayaraq 1832-ci il İyun qiyamına qədərki dövrdə) bir neçə fransız obrazın həyatı və qarşılıqlı münasibələri izlənilir. Roman Din şəhərinin yepiskopu Miriel Benvenünün həyat tərzinin təsviri ilə başlayır. Sanki Hüqo bununla insanları daha mərhəmətli ədalətli olmağa çağırır. Miriel Benvenü ideal bir yepiskopdur. O, qəribə bir təsadüf nəticəsində bu məqama çatmışdır. Bir dəfə Napoleon öz əmisinə baş çəkmək üçün Parisə gəlir.

Qəbul otağında gözü onu diqqətlə izləyən bir ixtiyara sataşır. Geri dönərək ixtiyardan onu niyə belə diqqətlə süzdüyünü soruşur:

- “Mərhəmətli insan niyə mənə elə baxırsan?”
- “Əlahəzrət siz qarşınızda mərhəmətli insan görürsünüz, mən isə böyük bir insanı seyr edirəm. Hər birimiz bu tamaşadan özü üçün müəyyən bir fayda ala bilər”. - deyə Miriel cavab vermişdir.

İmperator həmin axşam kardinaldan bu keşişin adını soruşmuş, bir müddət sonra isə cənab Miriel özü belə gözləmədən Din şəhərinin yepiskopluğuna təyin olunduğunu eşitmişdir. Miriel hökümətdən aldığı on beş min livr məvacibini tamamilə mərhəmət üçün xərcləyər özünün yerdə qalan min və bacısının beş yüz livr rentəsi ilə sadə bir həyat sürərdilər.

Roman əski dustaq Jan Valjanın çarpışmaları və xilasolma sərgüzəştləri üzərində qurulmuşdur. Katorqadan azadlığa çıxmış həmin o müdhiş sarı rəngli pasportun sahibi Jan Baljan gecələmək üçün döydüyü bütün qapılardan qovulan, rədd edilən bir səfildir. Ona öz mərhəmət qucağını açmış, qarnını doyuzdurub, gecələməyə yer vermiş olan yeganə adam yepiskop Miriel Benvenü olmuşdur.

Jan Valjan yepiskopun bütün bu yaxşılıqlarının əvəzində tutmuş olduğu bu naqis hərəkətdən vicdan əzabı çəkmiş olur. Onun daxilində qəribə bir çevrilişin baş verdiyi hiss olunmaqdadır. O, sanki başqa bir adam olmuşdur. Onun qəlbində hər şey dəyişmiş, artıq o, yepiskopun onun qəlbinə toxunan sözlərinin təsirini puç etməyə qadir deyildi.

4 comments:

serxan qedirov said...

men bu kitabi yukleye bilmirem

M.H. said...

burada izah olunur: http://www.baku.blue/p/kitabi-nece-yuklemek-olar.html

Samral Guluzadeh said...

Yoxdu axı burda yüklə sözü

M.H. said...

Viktor Hüqonun "Səfillər" kitabını yüklə <<<

yazılıb mətnin ortasında

Haqqımızda

Pulsuz PDF formatında elektron kitab yükləmə saytı. E-kitabların heç biri satış üçün deyil, hər kəs yükləyib oxuya bilər. E-kitablar müxtəlif internet saytlarından (kitabxana.net, e-book.az, ebooks.az, 1001kitab.az) və şəxsi arxivlərdən yığılıb. Kitablar və müəlliflər haqqında məlumat üçün wikipedia və digər saytlardan istifadə olunmuşdur.


Siz də pdf formatında e-kitab göndərməklə elektron kitabxananı zənginləşdirə bilərsiniz. Bunun üçün pdf fayldan əlavə, saytdakı digər e-kitablar kimi üz qapağı və kitab haqqında ən azı 300 sözlük məlumat da lazımdır. Yeniliklər üçün Facebook səhifəmizi bəyənə bilərsiz.


Kitablar haqqında fikirlərinizi şərh yazmağı unutmayın :)



Şərhlər

Bizimlə əlaqə

Name

Email *

Message *