Hansı kitabı yükləmək olmursa, həmin kitaba şərh yazaraq bizə bildirin.

Sponsor linki

Heyvanıstan. Corc Oruell (PDF yüklə)

Corc Oruell -  "Heyvanıstan" kitabı

PDF yüklə.


Corc Oruell (25 iyun 1903- 21 yanvar 1950) — İngiltərə yazıçısı. 

XX əsr ingilis ədəbiyyatının öndə gələn şəxsiyyətlərindən biridir. Əsərlərində yer alan dəqiqlik, zəka, ictimai ədalətsizliyə qarşı maarifləndirmə və totalitarizmə qarşı mübarizəsi onun əsərlərinin əsas xüsusiyyətlərindən biridir.

Əsl adı Erik Artur Bleyer olan ingilis yazıçısı Corc Oruell 1903-cü il iyunun 25-də Hindistanın Motixari şəhərində doğulub. Atası gömrük işçisi, anası evdar qadın olub. 1904-cü ildə onların ailəsi Londona köçür. Oruell kiçik yaşlarından kitab oxumağa həvəs göstərir, Kiplinqin, Dikkensin, Uelsin əsərlərini oxuyur. 15 yaşında Londonun elitar məktəblərindən sayılan İton kollecinə daxil olur. Tələbəlik illərindən bədii yaradıcılığa başlayan Oruell ilk hekayələrini kollecin dərgilərində çap etdirsə də, uğur qazanmır. Təhsil haqqını ödəyə bilmədiyindən kolleci yarımçıq qoyaraq Birmaya gəlir və kral polisində direktor köməkçisi işləməyə başlayır.

1936-cı ildə Corc Oruell Eylin Oşonessi adlı qadınla evlənir. Həmin vaxt İspaniyada vətəndaş müharibəsi başlayır. Siyasi baxışlarına görə solçu olan Oruell London qəzetlərinin birinin müxbiri kimi ora yollanır və partizan dəstələrindən birində vuruşmağa başlayır. Döyüşlərin birində ağır yaralanan yazıçı hospitalda müalicə alır. Müharibə onun dünyagörüşünə böyük təsir göstərir. Sağaldıqdan sonra o, İspaniya gizli polisi tərəfindən axtarıldığını öyrənir və Londona qayıdır.

II Dünya müharibəsi illərində Corc Oruell BBC telekanalında və "Observer" qəzetində işləyir. Oruell 1943-cü ildə özünün məşhur "Heyvanıstan" əsərini yazır. Roman sovet dövlətinin lideri İosif Stalin haqqında idi. Əsər 1945-ci ildə çap olunur və yazıçıya böyük şöhrət qazandırır. Müharibədən sonra o yenidən jurnalistlik fəaliyyəti ilə məşğul olur.

Yazıçıya dünya şöhrəti gətirən ikinci əsəri "1984" romanıdır. Əsər XX əsrin məşhur antiutopik əsərlərindən hesab olunur. Roman dünyanın 60-dan çox ölkəsinin dilinə tərcümə olunub. Əsərin çapından bir müddət sonra, 1950-ci ildə vərəm xəstəliyindən əziyyət çəkən Corc Oruell vəfat edir.

UNESCO-nun qərarı ilə 1984-cü il yazıçının xatirəsinə ehtiram olaraq "Corc Oruell ili" elan edilmişdir.

No comments:

Post a Comment

Fikrinizi bildirin:

PDFyukle.com (c) 2015. Powered by Blogger.